525.Az

Hacımurad Yegizarovun 75 illik yubileyi qeyd olunacaq


 

Hacımurad Yegizarovun 75 illik yubileyi qeyd olunacaq<b style="color:red"></b> Azərbaycan Dövlət Rus Dram Teatrında xalq artisti Hacımurad Yegizarovun 75 illik yubileyi qeyd olunacaq.
 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski bildirib ki, aktyorun yubiley mərasimi oktyabr ayında keçiriləcək.
 
Hazırda Almaniyada olan Hacımurad Yegizarov alman və italyan kinematoqrafçılarının birgə lentə aldıqları bədii filmdə əsas rollardan birini oynayacaq. Xalq artisti yubiley tədbiri ərəfəsində Bakıya gələcək.
 
A. Şarovski bildirib ki, H. Yegizarovun yubileyi münasibətilə “Yaddaşımın dalğaları ilə” adlı kitab nəşr etdirib.
 
Kitabın təqdimat mərasiminin də oktyabrda keçiriləcəyi planlaşdırılır. 
 





16.08.2014    çap et  çap et