525.Az

Gədəbəydə ərini öldürən qadın polisə təslim oldu


 

Gədəbəydə ərini öldürən qadın polisə təslim oldu<b style="color:red"></b>

Noyabrın 2-də Gədəbəydə ərini öldürən qadın yaxalanıb.

Rayon prokurorluğundan Lent.az-a bildirilib ki, rayonunun Sovetabad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyeva Naibə Sabir qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Axundov Maksim Bayram oğlunu qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.

Məlumata görə, 28 yaşlı qadın Düzyurd kəndində yaşayan nənəsi Telli Quliyevanın evində qısqanclıq zəminində əri Maksim Axundovu bıçaqlayıb. O, 30 yaşlı həyat yoldaşının ürək nahiyəsinə bir zərbə endirib. Daha sonra gərgin psixoloji vəziyyətdə olan qadın ərazidən uzaqlaşıb. Lakin N.Quliyeva sonradan polis şöbəsinə gələrək təslim olub.

Qeyd edək ki, dağılmış ailənin 1 azyaşlı uşağı qalıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

 





05.11.2012    çap et  çap et