525.Az

Ohanyan müxalifətlə birlikdə Azərbaycan sərhədinə gəldi


 

Ohanyan müxalifətlə birlikdə Azərbaycan sərhədinə gəldi<b style="color:red"></b>

Ermənistanın müdafiə naziri Seyran Ohanyan, parlament sədri Qalust Saakyan Azərbaycanla sərhədə yola düşüblər.

Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, onlar bu gün Tavuş rayonuna gediblər. Onlarla birlikdə Ermənistan parlamentinin  altı fraksiyası da cəbhə xəttinə yollanıb.

Hakim Respublika Partiyasının fraksiyasının katibi Qaqik Melikyanla yanaşı, müxalifət təmsilçiləri də sərhədə gediblər. Hakimiyyətə müxalif olan “Çiçəklənən Ermənistan”, “İrs” Partiyasının farksiyasının rəhbəri Ruben Akopyan, “Daşnaksütyun” Partiyasından Armen Rustamyan, “Orinaç Yerkir”-dən deputat İşxan Xaçatryan, Erməni Milli Konqresi fraksiyasının başçısı da nümayəndə heyətinin tərkibində iştirak edir.

“Çiçəklənən Ermənistan” Partiyasının  deputatı Qurgen Arsenyan bildirib ki, nümayəndə heyəti sərhəddə yerləşən hərbi hissələrə baş çəkəcəklər və burada  yaşayan sakinlərlə görüşəcəklər. 

 





16.08.2014    çap et  çap et