525.Az

Azərbaycan Londonda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak edir


 

Azərbaycan Londonda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak edir<b style="color:red"></b>

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi etdiyi geniş tərkibli nümayəndə heyəti bu gündən Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

525.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 8-də yekunlaşacaq Cari ilin 5-8 noyabr tarixində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir.

Sərgidə Azərbaycanı nazirliklə yanaşı, 11 yerli turizm şirkəti təmsil edir.

2002-ci ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "WTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il sərgidə ölkəmiz ilə yanaşı, 185 ölkədən 5117-ə yaxın şirkət təmsil olunub.

 





05.11.2012    çap et  çap et