525.Az

Putin və Merkel Ukrayna böhranını müzakirə ediblər


 

Putin və Merkel Ukrayna böhranını müzakirə ediblər<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Ukraynada ağırlaşan humanitar vəziyyəti telefon söhbəti zamanı müzakirə ediblər.
 
APA-nın “kremlin.ru” saytına istinadən verdiyi xəbərə görə, hər iki lider kəskinləşən vəziyyətdən narahat olduqlarını bildiriblər.
 
V. Putin A. Merkelə ölkəsinin göndərdiyi humanitar yardımın Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq şəraitində Ukraynanın daxili hərbi münaqişə gedən zonasında mülki əhali arasında paylandığı barədə məlumat verib.
 
Tərəflər Ukrayna böhranının həlli istiqamətində beynəlxalq yardım formalarını da müzakirə ediblər.
 





16.08.2014    çap et  çap et