525.Az

İtaliya Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə çağırıb


 

İtaliya Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə çağırıb<b style="color:red"></b> İtaliya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.
 
APA-nın məlumatına görə, bəyanatda deyilir: “Bu il iyulun 14-də Azərbaycan prezidenti İlham Əliyevin Romaya səfəri zamanı iki ölkə adından qəbul olunmuş bəyanatda siyasi, iqtisadi və mədəni sahədə ikitərəfli münasibətlərin gücləndirilməsinin zəruriliyi qeyd olunub.
 
Əməkdaşlığın çoxtərəfli aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanmasına sadiqlik də əksini tapıb.
 
İtaliya tərəfi ənənəvi mövqeyinə və Avropa Birliyinin mövqeyinə uyğun olaraq, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, habelə Fransa, Rusiya və ABŞ-ın himayəsi altında aparılan danışılar prosesinə əsaslanaraq dinc yolla həll edilməlidir.
 
İtaliya regionda baş verən son insidentlərdən ciddi narahatlıq keçirdiyini bəyan edir, Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə, həmçinin problemin siyasi yolla həlli üçün Soçidə keçirilmiş Sarkisyan-Əliyev görüşündən yararlanmağa çağırır”.
 
Bəyanatda İtaliyanın da ATƏT-in Minsk qrupunun üzvü olduğu da xatırladılıb.
 





16.08.2014    çap et  çap et