525.Az

Türkiyə səfirliyini atəşə tutan şəxs erməni imiş - Yenilənib


 

Türkiyə səfirliyini atəşə tutan şəxs erməni imiş - <b style="color:red">Yenilənib</b> Moskvada ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutan şəxs erməniymiş.
 
APA-nın “Moskovskiy Komsomolets”-ə istinadən verdiyi məlumata görə, “Dobriy Les” şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.
 
Onun açdığı hər iki atəş hədəfə dəyib.
 
A. Mirzoyan hadisəni törədəndən sonra qaçıb gizlənmək istəsə də, polis tərəfindən dərhal saxlanılıb.
 
O, hadisənin motivlərini hələlik açıqlamayıb.
 
Lakin polis güman edir ki, insidentin səbəbi son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra daha da qızışan, əsrlər boyudur, erməni və türk millətləri arasında davam edən ədavətdir. 

*** 11:11

Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.
 
APA-nın İTAR-TASS-a istinadən veridyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.
 
Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.
 
İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.
 
Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib.
 





18.08.2014    çap et  çap et