525.Az

“Bundan sonra Rusiyanın mənası yoxdur”


 

“Bundan sonra Rusiyanın mənası yoxdur”<b style="color:red"></b>

Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyan Rusiyanın Azərbaycana silah satışının Ermənistan üçün xoş olmadığını bildirib.

Modern.az xəbər verir ki, o  tert.am saytına açıqlamasında mövzu barədə sualları şərh edib. Manvel Sarkisyan deyib ki, Ermənistan Rusiyanın Azərbaycana birtərəfli qaydada silah satışını dayandırmağa inandırmaq üçün üsul tapa bilmirsə, o zaman rəsmi Yerevan təhlükəsizliyin təminatı üçün başqa dövlətlərlə sıx münasibət yaratmalıdır.

Ekspert söyləyib ki, Rusiya münaqişə regionuna silah satışını özünə rəva görsə də ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri bu addımı qəbuledilməz hesab edirlər. M. Sərkisyan düşünür ki, proseslərin bu fonda cərəyan etməsi sonradan ciddi problemlər yaradır.

“Nəticədə Rusiya öz təsirinin saxlanılması üçün əlavə mexanizmlər yaradır, öz istəyi ilə tarazlığı dəyişdirir. Əgər biz Rusiyanın silah satdığı bir ölkə ilə vuruşuruqsa,onda Rusiya ilə münasibətlərin qorunub saxlanılmasının nə mənası var? Əgər Azərbaycanı başqa ölkələr silahlandırsa, bu başqa məsələdir”,-deyə mərkəz direktoru qeyd edib. 

 





18.08.2014    çap et  çap et