525.Az

Cavad Zeynalın şeirləri


 

Cavad Zeynalın <b style="color:red">şeirləri</b>

DAŞ ALTDAN...


Bir
əlçim çəmənəm sinəsi daşlı,

Payızı sovmuşam, qışı ötmüşəm.

Bir kimsə boy atmaz binəsi yaşlı,

Daş altdan göyərib daşı örtmüşəm.

                                              

KÖLGƏSİZ


Bu
ağac yaman ucalıb belə,

Dibində bir əyləm kölgəsi yoxdur.

Meyvəsiz, kölgəsiz qocalıb belə,

Yerə gələsidir, bəlkəsi yoxdur.

           

YAXŞILIQ


Comərd
damarında oddu, atəşdi,

Qarışır qanına, axır yaxşılıq.

Sönən talelərə doğan günəşdi,

Hərlənir, qarşına çıxır yaxşılıq.


ANAM
YUXUMA GƏLMİR


Çoxdandır
yuxuma gəlməyir anam,

Bilirəm, inciyib küsübdü məndən.

Nələr çəkdiyimi bilməyir anam,

Yoxsa əllərini üzübdü məndən?

Üfüq gözlərimdə qızarıbdı dan,

Anamın məzarı əsir qalıbdı.

Səbrimin qılıncı qan istəyir, qan,

Boynumda haqq payım kəsir qalıbdı.

Var-dövlət dalınca çapırıq hələ,

Nemətlər içində dirriyimiz yox.

Əllərdən tikələr qapırıq hələ,

Birlikdən dinirikbirliyimiz yox.

Qarğalar qonubdu zirvə qaşına,

Bəxtəvər-bəxtəvər ötürlər belə.

Təklənən oğulun kişi başına

Arvad ləçəyini örtürlər belə.

Çobandır, otarır qor-qoyunları,

Məmurdu, atdığı əlcəkdi, vallah!

Gələnin, gedənin söz oyunları

Vurursan, çıxırsanləçəkdi, vallah!

Bulaqlar başında kürəklənirik,

Çöllərə düşürük, dirrik gəzirik.

Kürsüyə qalxanda körüklənirik,

Kürsüdən düşəndə birlik gəzirik.

Sinəmdə ahlarım qalxıbdı göyə,

Mən nələr çəkirəm bilməyir anam.

Məzarı yağıda qalıbdı deyə

İnciyib, yuxuma gəlməyir anam.

                       

TANRI  SINAĞI


Tanrı
sınağıdı dövlət , var da,

Tanrı sınağıdı qəm , kədər .

Çaşmalar, azmalar  dövlətdə, varda,

Ən gizli mənalar bəzən hədərdə.

Ömür sınaqdı, gün sınaqdı,

Verilən imkan da , gündəliyin .

Günahın hasili yalnız qınaqdı,

Deməli, “ikin var gündəliyində.

Atalar sözüdü: iman, din yarı,

Yazılan yazılar varaq üstədi.

İnsanlıq insanın möhrü, əyarı,

Qanunlar, qaydalar maraq üstədi.

Quran da qanundu, yasa da qanun,

Yüz yasa cəmindən bir ayə çıxmır.

Yasalar həm onun, həm ki, bunun,

Vurursan, bölürsən bir qayə çıxmır.

Dəyərdi, qiymətdi hər bir hərəkət,

Hərəkət niyyətdən sonra başlanır.

Kiməsə nemətdi, kiməsə şöhrət,

Mərəkə qiymətdən sonra başlanır.

Kimsə günahını üzə danmasın,

Onsuz da hər şeyi bilən, görən var.

Bir kimsə dünyanı xali sanmasın,

Aşkara cəzanı gizli verən var.

Nələrdən qaçırıq, usanırıq biz,

Hər şeyi eləyən öz əlimizdi.

Günah da, savab da qazanırıq biz,

Günah da, savab da özəlimizdi.

Günahı olanın yanıtmağı var,

Günaha batanlar güman yandırır.

Günahın geriyə qayıtmağı var,

Qayıdan günahlar yaman yandırır.

Bəhrəsiz əməllər qınaqdı ancaq,

Aşkarda gizlini daşıyırıq biz.

Bu ömür Tanrıdan sınaqdı ancaq,

Tanrı sınağında yaşayırıq biz.

    

OLUB


Haqq
yazısı haqdan gəlir,

Haqq yazıbsa- baxtdan gəlir.

Gələn qızıl vaxda gəlir,

Binadan bu sayaq olub.

Hörmət qoydum deyilənə,

Nemət dedim yeyilənə.

Yıxılana, əyilənə

Əsli olan dayaq olub.

Kimlər tərə batmayıbdı,

Demək, bəhrə dadmayıbdı.

Bizim kimi yatmayıbdı,

Əcəl daim oyaq olub.

Sular gildə süzülməyib,

Muncuqları düzülməyib.

Haqq nazilib,  üzülməyib,

Qalan şeylər boyaq olub.

Günlər keçir bir su kimi,

Şirin anlar duyğu kimi...

Keçən ömür yuxu kimi,

Elə bil ki, bayaq olub.


ÖMÜR
ŞİRİN NAĞIL İMİŞ


Dağ
aşmışam, unayan yox,

Ala çəkən, sınayan yox.

Yol üstəyəm, qınayan yox,

Yaman gedir yanım-yörəm.

Bulud səpib, yer yaşlanıb,

Sellər daşıb, çay daşlanıb.

Elə bil ki, köç başlanıb,

Yaman gedir yanım-yörəm.

Kirpiyimə qırpım düşüb,

Hey kəsilib, tarpım düşüb.

Elə bil ki, çırpım düşüb,

Yaman gedir yanım-yörəm.

Havan nədir, köklə, Cavad,

Vaxt ölçülür tüklə, Cavad!

Qatırını yüklə, Cavad!

Yaman gedir yanım-yörəm,

Yaman gedir yanım-yörəm.

 

qaldı ki

    

Cavan idim, bir kəs idim,

Başdan-başa həvəs idim.

Bir dünyaya mən bəs idim,

Məndən mənə qaldı ki?

Ha qazandımsaydılar hey,

Saydılar hey, soydular hey.

Hoydulara qoydular hey,

Məndən mənə qaldı ki?

Dünya gidigərlik itib,

Gər olanda zərlik itib.

Ər olanda ərlik itib,

Məndən mənə qaldı ki?

Çox yalvardım çox, özümə,

Heç baxmadı haqq sözümə.

Daha sözüm yox özümə,

Məndən mənə qaldı ki?

Yaxşı düşdün oda, Cavad,

Vur dizinə, buda, Cavad.

Gəldim-getdimbu da Cavad,

Məndən mənə qaldı ki?

Məndən mənə qaldı ki?..


RÜBAİ


Kiməsə
ən şirin dünya varıdı,

Kiməsə din ilə iman yarıdı.

Mənimsə nigaran qaldığım ancaq

Atamla anamın məzarlarıdı.


BİZ
KİM İDİK...


Məndən ötdü. . .”

                   Məmməd Araz

   

Biz kim idik...

Biz olanda

Bir haqq idik,

                        düpdüz idik.

Uzanardı Vətənimiz

Hindistana, Çinə kimi.

Müqəddəsdi hər qarışı

Doğma oba, binə kimi.

Bir bədəndə tökmə bilək,

                        kürək idik.

Bir sinədə çarpan, vuran

ürək idik.

Dağlarımız

Cəhənd idi,

Ağrı idi.

Torpağımız igidlərin

Bağrı idi.

Atlarımız yel qanadlı,

Ayağından od çıxardı.

Gümüş nallar daş-qayada

                        od çaxardı.

Tanınardıq mahal-mahal,

                        diyar-diyar.

O buna yar,

Bu ona yar...

Bağlarımız orman kimi,

Gen süfrəmiz xırman kimi.

Kabil idik, –

Qabil idik.

Hələb idik, –

Tələb idik.

Xoy, Həmədan,

Təbriz idik.

Göstərməydik,

Bariz idik.

İrvandıq, Dərbənd idik,

Tökmə qala, bir bənd idik.

Tutulduq bir mərəzə ki,

Eləmənəm!”, “mənəm!” dedik.

Qarşımızda duranları

Yenəm gərək yenəm dedik.

Adi sözü hərzə bildik,

Yar-yoldaşı gürzə bildik.

Hərzə-hərzə namə yazdıq,

Yaza-yaza yaman azdıq...

Qəzəbimiz parıldadı

Qılınc kimi,

xəncər kimi.

 Biçildik hey

pencər kimi.

Sonra... sonra bəylərbəylik,

Çağır,

            bağır...

                        dərəbəylik.

Ağqoyunlu qara oldu,

Vətən para-para oldu.

Bölündük biz mahallara,

Mahal-mahal ölkə olduq.

Yaşamımız sual altda,

Ölüm, qalım, bəlkə olduq.

Hanı Təbriz, hanı Səlmas?

Dağı-daşı yaqut, almaz...

Gümrü hanı, Vedi hanı?

Bizdən ölkə qazananın

Həddi hanı, səddi hanı?

İndi Vətən bircə ovuc,

Bir ovuca yığılmışıq.

Bir ovuca sıxılmışıq.

Beş-onumuz varlı olub,

Yenəmənəm!”, “mənəm!” deyir.

Əldən-ələ qalanları

Axıracan yenəm deyir.

Beş-üçünün söz deməsi,

Dediyini düz deməsi

yasaq olub,

Yasaq ali yasa olub.

Baxan, görən irişmədə,

Qarı düşmən dirəşmədə.

Biz kim idik... indi kimik,

Bir az tikə, bir az gəmik.

Gedən torpaq, çəkən millət,

Çəkən millət, çökən millət.

Söndürmüşük odu, közü,

Saxlamışıq küldə qoru.

Özgələrlə bacararıq,

Allah, bizi bizdən qoru!..


lll


Bir
ev qurdum adına,

Damağıma dad gəldi, dad gəldi.

Açılmadın, gülmədin,

Mənə yad gəldi, yad gəldi.


QƏZƏL


Tökülən
qəmzəyə bax,

gözəl can yeriyir,

Çöhrəsi laləyanaq,

elə bil dan yeriyir.

Bir baxan bir baxır,

inanmır gördüyünə,

Elə bil göydən enib,

şövkəti-şan yeriyir.

Daşürək tab eləmir,

əriyir muma dönür,

Öyünür dövrü-zaman,

dayanır an, yeriyir.

Bu da bir fürsətdi,

Cavad, yanaş öz qismətinə,

Bəxtinə gün saçılıb,

gövhəri-kan yeriyir.

 





18.08.2014    çap et  çap et