525.Az

“Qarabağ Muğam Mərkəzinin fəaliyyəti daim diqqət mərkəzindədir”


 

 “Qarabağ Muğam Mərkəzinin fəaliyyəti daim diqqət mərkəzindədir” <b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi nəinki Ağcabədi rayonunda, bütövlük, Qarabağ regionunda muğam ifaçılığı sənətinin inkişafında, əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkilində mühüm rol oynayan mədəniyyət mərkəzlərindən hesab olunur. Burada müntəzəm olaraq geniş proqramdan ibarət konsert tamaşaları, bayram tədbirləri, muğam ifaçılığı üzrə müsabiqələrlə yanaşı, qələm sahibləri, musiqiçilər, elm adamları ilə görüşlər, yaradıcılıq gecələri, yubileylər, poeziya məclisləri, oxucu konfransları, məktəblilərin şənlikləri, habelə rayon respublika əhəmiyyətli müxtəlif yığıncaqlar,  seminarlar keçirilir. Adıçəkilən Mərkəzin direktoru Tofiq Cəfərovun dediyi kimi, bu yaxınlarda Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid Xalq artisti, tanınmış tarzən Ramiz Quliyevlə keçirilən görüşlər bu baxımdan səciyyəvidir.

 

Qeyd olunub ki, son illər Muğam Mərkəzinin fəaliyyətində ciddi canlanma müşahidə olunur. Cari ilin ötən dövrü ərzində Mərkəzi kollektivinin, “Ayseluşaq özfəaliyyət ansamblının rəqs qrupunun iştirakı ilə bayram şənliklərində, cəbhə bölgələrində, ictimai yerlərdə, ümumtəhsil məktəblərində təşkil olunan konsert tamaşaları diqqəti çəkib, böyük rəğbət qazanıb. Mərkəzin şagirdləri müxtəif müsabiqələrə qatılır, uğurlara imza atırlar. Xan Şuşinski adına ikinci respublika uşaq muğam müsabiqəsində şagirdlərdən Zəhra Məmmədova, Arzu Mahmudova, Ceyhunə Tofiqqızı Nərmin Sultanova fəal iştirak edib, respublika mədəniyyət turizim nazirliyinin fəxri fərmanlarına layiq görülüblər.

 

Sözügedən müsabiqənin finalında Muğam Mərkəzinin şagirdi Arzu MahmudovaQarabağ şikəstəsiifasına görə xüsusi diplomla mükafatlandırılıb. T.Cəfərovun sözlərinə görə, Arzu Mahmudova, Zəhra Məmmədova, Ceyhunə Tofiqqızı Nərmin Sultanova, həmçinin respublika televiziya muğam müsabiqəsində iştirak etmək hüququ da qazanıblar. Direktor əlavə olaraq qeyd edib ki, rayon icra hakimiyyəti, mədəniyyət turizim şöbəsinin təşəbbüs təşkilatçılıqları ilə hər il mayın 25-dən sentyabrın 6-dək Heydər Əliyev adına mərkəzi parkda sakinlərin asudə vaxtlarının istirahətlərinin səmərəli təşkili məqsədi ilə keçirilən konsert proqramlarında ümumtəhsil məktəbləri şagirdləri ilə yanaşı, Muğam Mərkəzi kolektivinin üzvləri yaxından iştirak edirlər. Tədbirlərdə Mərkəzin müəllimləri Fəqani Qarayev, Nazim Şirinov, Sahil Quliyev, Şəbnəm Hümbətova başqalarının böyük əmək sərf etdiyini vurğulayan T.Cəfərov ,ümumilikdə, kollektivin bölgədə regionda muğamın təbliği sahəsində  müstəsna xidmətlər göstərdiyini dilə gətirib.

 

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə 2008-ci ildən fəaliyyətə başlayan Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi Heydər Əliyev Fondunun daim diqqət qayğısı ilə əhatə olunub. Hər il olduğu kimi, bu il Heydər Əliyev Fondu tərəfindən Muğam Mərkəzinə müxtəlif musiqi alətləri, muğam dərslikləri albomlar göndərilib. Direktor bu yüksək diqqət qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektiv üzvləri adından səmimi təşəkkürünü minnətdarlığını bildirib. Söhbət zamanı həmçinin respublika Mədəniyyət Nazirliyi, rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıq ifadə olunub. Sonda Tofiq Cəfərov Muğam Mərkəzinin Milli Konservatoriya Asəf Zeynallı adına musiqi kollecinin tar kamança siniflərini bitirmiş kadrlara zəruri ehtiyac yarandığını da xüsusi olaraq diqqətə çatdırıb.

 

Yəhya PAŞAZADƏ
 





18.08.2014    çap et  çap et