525.Az

Elektron patent məhkəməsi ilə bağlı seminar keçirilir


 

Elektron patent məhkəməsi ilə bağlı seminar keçirilir<b style="color:red"></b>

Bakı şəhərində “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda 2 günlük seminar keçirilir. 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə Bakı şəhərində “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda 2 günlük seminar öz işinə başlayıb.
 
Komitədən 525.az-a verilən məlumata görə, 5-6 noyabr 2012-ci il tarixlərində keçiriləcək seminarda elektron patent məhkəməsi ilə bağlı Almaniya Federasiyasının təcrübəsi nümayiş etdiriləcək, bu sahənin ölkəmizdə tətbiqi imkanları müzakirə ediləcəkdir. Bununla əlaqədar olaraq Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel, hazırki sədr, hakim Norbert Mayer və hakim Martin Musiol ölkəmizdə səfərdədirlər. Seminarı giriş sözü ilə açan Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində
aparılan işlərdən danımışdır. Onun sözlərinə görə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində avtomatlaşdırma layihəsi uğurla icra olunmaqdadır.

Bu sahədə dünyada qabaqcıl yer tutmuş Cənubi Koreya təcrübəsinin ölkəmizdə tətbiqi ilə əmtəə nişanları, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunələrinə şəhadətnamə və patent alınması üçün müraciətlərin qəbulu, ekspertizası və qeydiyyatı avtomatlaşdırılmış vahid sistem vasitəsilə elektron şəkildə həyata keçiriləcək. Həmçinin dövlət rüsumu və ekspertiza ödənişlərinin real vaxt rejimində onlayn qəbulu ilə bağlı sistem də bu yaxınlarda istifadəyə veriləcək:
 
“Elektron patent məhkəməsi anlayışı isə ölkəmizdə yeni olduğunu və bu sahədə də qabaqcıl ölkə hesab olunan Almaniyanın təcrübəsini öyrənmək yaxşı olardı. Ölkəmizin “Elektron Hökümət” quruculuğu prosesində bu sahədəki addımları da müsbət nəticə verəcək və bütün tərəflərə fayda verəcək”. Sonra Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Azərbaycandakı nümayəndəsi Rəşad Hüseynli bu sahədə Komitə ilə əməkdaşlığın perspektivlərindən söz açıb. Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel “Hüquqi sənədlərin elektron mübadiləsinin hüquqi əsasları və problemləri”, hazırki sədr, hakim Norbert Mayer “Hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri” haqqında məruzələr edibləır.

Seminarda Azərbaycanda “Elektron Hökümət” və məhkəmə müdafiəsinin əsasları, həmçinin Fedral Patent Məhkəməsində hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri haqqında da çıxışlar olmuşdur. Sonda seminar iştirakçılarına “Almaniya Federal Patent Məhkəməsində İT texnologiyaları və elektron məhkəmə zalına dair” film nümayiş olunmuşdur. Seminarda patent müvəkkilləri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Akademiyası və s. qurumların nümayəndələri də iştirak etmişlər.

 





05.11.2012    çap et  çap et