525.Az

Jurnalistlər üçün beynəlxalq yazı müsabiqəsi


 

Jurnalistlər üçün beynəlxalq yazı müsabiqəsi<b style="color:red"></b>

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı üzv ölkələr ilə birgə gənc jurnalistlər üçün beynəlxalq miqyaslı yazı müsabiqəsi təşkil edir.

Təşkilatdan 525.az-a verilən məlumata görə, vüsabiqə 25 ölkənin gənc jurnalistlərinin təyin olunmuş mövzular üzrə özlərinə məxsus məqalə, araşdırma, xüsusi esselər ilə iştirakını nəzərdə tutur. Qiymətləndirmə qaydalarına uyğun olaraq “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqına daxil olan ölkələrin hər birində peşəkar jurnalistlərdən və İttifaqı təmsil edən bir nümayəndədən ibarət münsiflər heyəti ən yaxşı 3 müstəqil işi seçəcək. Ardınca, seçilmiş həmin yazılar üzv ölkələrin mətbuatında geniş səviyyədə işıqlandırılacaq. Azərbaycanda keçirilən sözügedən müsabiqənin qalibinə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının 29-30 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Üzvlər Şurasında iştirak etmə imkanının verilməsi, həmçinin digər iki qalibin noutbuk, mobil telefon kimi hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, hər bir üzv ölkədə birinci yerə layiq görülən jurnalist təşkilatın yerli səviyyədə rəsmi KİV nümayəndəsi statusunu və təşkilatın tədbirlərində daimi iştirak etmək hüququnu qazanacaq.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən təşkil olunmuş müsabiqənin elanı həm də sosial şəbəkələrdə yerləşdiriləcək. Elan olunmuş gündən 15 noyabr tarixinə qədər [email protected] ünvanına təqdim olunacaq sərbəst işlər qiymətləndirildikdən sonra yekun mərhələdə səsvermə yolu ilə seçiləcək.

Müsabiqədə 25-35 yaş arası gənc jurnalistlər iştirak edə bilər. Həcmi 5000 işarədən böyük olmamaq şərti ilə təqdim olunacaq işlər Azərbaycan dilində yazılmalı və aşağıdakı mövzularda olmalıdır:

Azərbaycanın İpək Yolunda oynadığı tarixi, mədəni rolu;

Tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasındakı mədəniyyətlərarası dialoq;

Müasir dövrdə İpək Yolu şəhərlərinin mədəni transformasiyası.

BƏXTİYAR

 





05.11.2012    çap et  çap et