525.Az

Rayon prokurorunun köməkçisi işdən qovulub


 

Rayon prokurorunun köməkçisi işdən qovulub

Abşeron rayon prokurorunun köməkçisi işdən qovulub. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Abşeron prokurorunun böyük köməkçisi Orucova Qumru İslam qızı prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə Baş Prokurorluq üzrə müvafiq əmrlə prokurorluq orqanlarından xaric edilib.

Qeyd edək ki, Q. Orucova mətbuatla əlaqələr üzrə məsul şəxslərdən olub.

 





08.09.2012    çap et  çap et