525.Az

Nazir müavini: «Azərbaycanda internet tarifləri münasibdir»


 

Nazir müavini: «Azərbaycanda internet tarifləri münasibdir»<b style="color:red"></b>

 Azərbaycanda internet xidmətlərindən istifadəyə görə qiymətlər münasibdir.

APA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Azərbaycanda internetin qiyməti MDB regionunda mövcud olan tariflərlə müqayisədə eyni səviyyədədir. Eyni zamanda, Azərbaycanda paytaxt və regionlarda internetin qiyməti eynidir. Nazir müavini qeyd edib ki, məsələn, Rusiyada Moskva ilə digər şəhərlər arasında tariflər fərqlənir.

Ölkədə internet xidmətlərinə olan qiymətlərin aşağı salınması və keyfiyyətin yüksəldilməsi siyasəti davamlı şəkildə aparılır. Hazırda ölkədə 1 Mbit/saniyə sürətli internetin qiyməti təxminən 5 manat təşkil edir və istifadəçi özünə uyğun internet paketi seçə bilər.

E.Vəlizadə onu da qeyd edib ki, hazırda Azərbaycanda İKT sektorunda həyata keçirilən layihələr internetin qiymətinin daha da aşağı salınmasına imkan yaradacaq: «Ölkədə internet istifadəçilərinin sayının artması da qiymətin aşağı salınması istiqamətində vacib rol oynayan amillərdəndir».

 





05.11.2012    çap et  çap et