525.Az

“Koroğlu” operasının yeni quruluşda premyerası olacaq


 

“Koroğlu” operasının yeni quruluşda premyerası olacaq<b style="color:red"></b> Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda premyerası olacaq.
 
APA-nın məlumatına görə, tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
 
Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı Tahir Salahov, dirijoru xalq artisti Cavanşir Cəfərovdur.
 
Tamaşada Koroğlu rolunu Musiqi Kollektivləri Birliyinin rəhbəri, vokalçı Ramil Qasımov, Nigar rolunu İlahə Əfəndiyeva, Həsən xan rolunu xalq artisti Şahlar Quliyev ifa edəcək.
 





19.08.2014    çap et  çap et