525.Az

Azərbaycan ən cəlbedici ölkələrin siyahısında


 

Azərbaycan ən cəlbedici ölkələrin siyahısında<b style="color:red"></b>

Forbes” jurnalı Azərbaycanı turizm baxımından ən cəlbedici ölkələrin siyahısına salıb.

525.az-ın Lent.az saytına istinadən məlumatına görə, jurnal Azərbaycanı və Belarusu postsovet məkanında turizm baxımından ən cəlbedici ölkələri hesab edib.

Reytinq siyahısına Azərbaycandan başqa Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna, Estoniya və bəzi başqa ölkələr də daxil edilib.
 

 





19.08.2014    çap et  çap et