525.Az

"Neftçi" – "Rubin" matçının baş hakimi məlum oldu


 

"Neftçi" – "Rubin" matçının baş hakimi məlum oldu<b style="color:red"></b>

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 8-də Bakıda keçiriləcək "Neftçi" - "Rubin" (Kazan, Rusiya) matçının baş hakiminin adı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü portuqaliyalı referi Manuel Jorje Neves Moreyra de Souza idarə edəcək.

Bu görüşdə Souzaya kimlərin kömək edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki,  “Neftçi” – “Rubin” matçı noyabrın 8-də, saat 21:00-da başlanacaq.

 





05.11.2012    çap et  çap et