525.Az

İsrail ordusu Qəzza zolağına zərbələr endirib


 

İsrail ordusu Qəzza zolağına zərbələr endirib<b style="color:red"></b>

İsrail ordusu Qəzza zolağına zərbələr endirib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Fələstin silahlıları bu gün tərəflər arasında əldə edilmiş atəşkəs rejimini pozaraq İsrail istiqamətində 3 raket buraxıb. Məlumata görə, İsrail ordusu da, öz növbəsində, Qəzzaya cavab zərbələri endirib.   
 
Zərbələr nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
 
İsrail ordusuna cavab atəşi ilə bağlı əmri baş nazir Binyamin Netanyahu verib Həmçinin, Qahirədə danışıqlarda iştirak edən İsrailin nümayəndə heyəti geri çağırılıb. 

 





20.08.2014    çap et  çap et