525.Az

Bakıda bıçaqlanma hadisəsi baş verib


 

 Bakıda bıçaqlanma hadisəsi baş verib<b style="color:red"></b>  Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 19-da Azadlıq prospektində Bakı şəhər sakini Ramin Qafarov bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə daxil olub.
 
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Pənah Məmmədov tutulub.
 





20.08.2014    çap et  çap et