525.Az

Masallıda qətl: əmisi oğlu olan iki qardaşı bıçaqladı


 

Masallıda qətl: əmisi oğlu olan iki qardaşı bıçaqladı<b style="color:red"></b>

Masallıda qətl hadisəsi baş verib.

Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
 
Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
 
Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 





20.08.2014    çap et  çap et