525.Az

Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə


 

Azərbaycanın mədəniyyət, ədəbiyyat və dövlətçilik tarixinin dünyada təbliğinə böyük töhfə  <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Azərbaycanın dahi şairi mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında araşdırılması təbliği istiqamətində son vaxtlar olduqca önəmli addımlar atılmaqdadır. Bəşəriyyətin yetirdiyi ən nəhəng ən parlaq dühalardan biri kimi qəbul edilən Nizaminin layiqli səviyyədə, yeni dövrün tələblərinə uyğun tədqiqinə tanıdılmasına yönələn bu addımlar, əvvəla, şairin adını yaradıcılığını yenidən bütün dünyanın diqqət mərkəzinə çıxarır. Digər tərəfdən, ədəbi irsi bütün mahiyyəti etibarilə bəşəri, dünyavi səciyyə daşıyan Nizaminin adıyla paralel olaraq, ümumən Azərbaycanın Qafqazın müxtəlif sahələrə aid aktual məsələləri gündəmə gətirilir. Bu isə, öz növbəsində, Azərbaycanın Qafqazın aparıcı ölkəsi, onun dünyaya açılan qapısı, siyasi, iqtisadi mədəni lideri olduğunu bir daha isbatlayır.  Sözügedən istiqamətdə son dərəcə gərəkli, məqsədyönlü təşəbbüslərin irəli sürülməsi həyata keçirilməsinə başlanması ilk növbədə görkəmli ədəbiyyatşünas alim, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın adı ilə bağlıdır. Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin təşkili ilə bağlı çalışmaların praktik-əməli nəticələri ötən ilin ikinci yarısında meydana çıxmağa başladı bununla əlaqədar həm xaricdə, həm ölkə daxilində bir neçə önəmli tədbir keçirildi.  Moskva Dövlət Universitetinin Bakı Filialında bu mövzuda gerçəkləşdirilən dəyirmi masada isə Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin açılması uğrunda görülən işlərə ətraflı aydınlıq gətirildi.

Akademik Nərgiz Paşayevanın həmin tədbirdəki çıxışında qeyd etdiyi kimi, əslində Nizamişünaslıq hazırda əsaslı həllini gözləyən bir elm sahəsidir: "Mən çox istərdim ki, bu layihə sonadək uğurla həyata keçsin. Bu bizim vaxtilə ədəbiyyatşünaslığımıza töhfə verən bir sıra alimlərin aqibəti kimi olmamalıdır. Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı "Böyük Azərbaycan şairi Nizami"dir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Amma bu kimi neçə-neçə kitab ingilis ya fransız dillərinə tərcümə olunmayıb. Bizim mənəvi haqqımız yoxdur ki, alimlərimizi unudaq".

Baş nazirin müavini Elçin Əfəndiyev isə sözügedən tədbirdə deyib ki, Oksford Universitetində belə bir Mərkəzin yaradılması müstəqil Azərbaycan üçün əlamətdar hadisədir: "Belə qədim tanınmış universitetdə Elmi Mərkəzin açılması dünya ictimaiyyətini Azərbaycanın zəngin tarixi ədəbiyyatı haqqında məlumatlandırmaq baxımından əla imkan yaradacaq. Mərkəzin dahi Nizaminin şərəfinə adlandırılması isə bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Nərgiz xanımın hansı çətinliklərlə Mərkəzə Nizaminin adının verilməsinə nail olması, Nizaminin Azərbaycan şairi olmasını elmi baxımdan sübut etməsi mənə məlumdur. Odur ki, bütün elmi ictimaiyyəti bu istiqamətdə birgə səy göstərməyə çağırıram".

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tofiq Hacıyev deyib ki, Oksford Universitetinin nəzdindəki Elmi Mərkəzə Nizami Gəncəvinin adının verilməsi Oksfordun Nizamini Azərbaycan şairi kimi tanımasına dəlalət edir: "Hesab edirəm ki, Azərbaycanın qabaqcıl alimləri bu tribunadan istifadə edərək bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ edərək, Nizaminin yaradıcılığı haqqında sanballı elmi işlər yazmalıdırlar".

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Mərkəzin yaradılmasını dünyada Azərbaycanın Azərbaycan ədəbiyyatının tanıdılması baxımından yüksək qiymətləndirib. O, həmçinin bütün alimləri Mərkəzin daha səmərəli fəaliyyət göstərməsi üçün səy göstərməyə səsləyib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi məsələnin aktuallığını əhəmiyyətini vurğulayaraq deyib ki, Mərkəzlə işləmək üçün peşəkar kadrları cəlb etmək, Azərbaycan alimlərinin işlərinin ingilis dilində dərc edilməsi üçün zəruri şərait yaratmaq lazımdır.

Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını ölkəmizin elmi ictimaiyyəti alqışalayiq addım kimi qarşılayıb.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, ədəbiyyatşünas Məhərrəm Vəliyevin fikrincə, akademik Nərgiz Paşayevanın təşəbbüsü fəaliyyəti sayəsində atılan bu addım müstəsna əhəmiyyət daşıyır. Onun fikrincə, dünyanın ən aparıcı elm təhsil mərkəzlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi ilə bağlı Azərbaycan aliminin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi bunun nəticəsi olaraq Nizami Gəncəvinin adını daşıyan Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması yolunda möhtəşəm nailiyyətdir: "Əvvəla, bir məsələni etiraf etməliyik ki, Nizami Gəncəvi yaradıcılığının hansı xalqa, mədəniyyətə mənsubluğuna dair indiyə qədər dünyada, çox təəssüf,  birmənalı münasibət olmayıb hələ yoxdur. Dünyanın "Britannika" kimi ən etibar edilən   nüfuzlu ingilisdilli elmi ensiklopediyalarına baxsaq, orada Nizami Gəncəvinin, eləcə Xaqani Şirvani, Məhsəti Gəncəvi, Xətib Təbrizi, Şəms Təbrizi, Saib Təbrizi kimi mütəfəkkirlərin fars ya İran şairləri kimi göstərildiyinin şahidi ola bilərik. Bu da bizim üçün olduqca təəssüfləndirici məqamdır. Sovet dövründə SSRİ miqyasında Nizami Gəncəvi Azərbaycan şairi kimi qəbul edilsə , artıq bu məkanda da münasibət, əfsuslar olsun ki, xeyli dəyişməkdədir. İndi rus dilində yayılan bir sıra mənbələr Nizami  Gəncəvini bizim əlimizdən almağa cəhd edir. İşin arzuolunmaz tərəfi isə bu tendensiyanın daha da dərinləşməsi populyarlaşdırılmasıdır. Hətta bizə ən yaxın olan Türkiyə ədəbiyyatşünaslığında da Nizami Gəncəvinin adı əksərən fars şairi kimi xatırlanır. Belə bir şəraitdə akademik Nərgiz xanım Paşayevanın Oksford Universitetində, bu böyük təhsil ocağının Şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı elmi irsi haqqında məruzə ilə çıxış etməsi, eyni zamanda dünya elmi fikrinə ciddi təsiri olan bu nəhəng elm təhsil ocağında  Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması barədə Anlaşma Memorandumu imzalamağa müvəffəq olması təkcə böyük mədəni hadisə olmaqla məhdudlaşmır. Bu, bizim xalqımız üçün, bu gün bütün sahələrdə böyük nailiyyətlər əldə edən, dünya ilə yeni məzmunlu siyasi dialoq qurmağı bacaran Azərbaycan dövlətçiliyi üçün layiqli xidmət kimi qiymətləndirilməlidir. Müasir zəmanədə elə problemlər var ki, onları inzibati tədbirlərlə, şikayətlə həll etmək mümkün deyil. Burada uzunmüddətli işlər görmək, insanları inandırmaq tələb olunur. Bundan ötrü isə güclü təşkilati bazis yaratmağa ehtiyac var. Oksford Universitetində yaradılacaq mərkəz bundan sonra dünya səviyyəsində görüləcək işlərin təşkilatlandırılması əlaqələndirilməsi baxımından çox faydalı olacaq. Əminik ki, bu Mərkəz Azərbaycanın onun yerləşdiyi Qafqaz regionunun tarixi mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universiteti nəzdində Azərbaycanın təsisolunan ilk elmi-tədqiqat ocağı kimi uğurla fəaliyyət göstərəcək. Nizami Gəncəvinin adını daşıyacaq bu elmi mərkəz Azərbaycanın tarixi irsinə mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, Böyük Britaniya muzeylərində mövcud olan müxtəlif əlyazmaların əldə olunmasına, araşdırılmasına, müxtəlif elmi, mədəni ictimai tədbirlərin keçirilməsinə, müntəzəm sürətdə ictimai elmi mühazirələrin müzakirələrin aparılmasına şərait yaradacaq. Göründüyü kimi, belə bir addımın atılması qiymətli bir başlanğıcdır. Bu başlanğıcı irəliyə aparmaq, arzuolunan nəticələr əldə etmək üçün ədəbiyyat tariximizi tədqiq edən Azərbaycan alimlərinin üzərinə böyük düşür. İlk növbədə, elə tədqiqatlar aparılmalıdır ki, onları dünya səviyyəsində təqdim edə bilək".

(Ardı var)

S.ABDULLAYEVA

 





20.08.2014    çap et  çap et