525.Az

İl ərzində 19 mindən çox piyada inzibati məsuliyyətə cəlb olunub


 

İl ərzində 19 mindən çox piyada inzibati məsuliyyətə cəlb olunub<b style="color:red"></b> Bu il Bakıda yol hərəkət qaydalarını kobud şəkildə pozduğu üçün 12 və daha çox cərimə balı toplamış 721 sürücünün sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Əsədov bildirib ki, cari ilin 10 ayında paytaxtda 306 440 yol hərəkət qayda pozuntusu aşkarlanıb və qayda pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar.

Onlardan 29 589-u yolayrıcını keçmə qaydalarının pozuntusu, 3999-u sürət həddinin aşılması, 1545-i ötmə, manevr etmə qaydalarının pozulması, 1792-si qəza şəraiti yaratma, 1569-u polisin qanuni tələbinə tabe olmama, 8901-i işıqforun qırmızı işığında keçmə, 2231-i sərnişindaşıma qaydalarının pozulması, 5932-si avtomobili pərdə-plyonkalı, 4582-si vəsiqəsiz, 750-si dövlət nömrə nişansız idarəetmə olub.
Ötən dövrdə 19 036 piyada yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.
 





05.11.2012    çap et  çap et