525.Az

Sabirabad rayonunda qəza, ölən var


 

Sabirabad rayonunda qəza, ölən var<b style="color:red"></b>

Sabirabad rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Nəhməd Nəhmədov “QAZel” markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanan kənd sakini Ramiq Əliyevi vurub. Daha sonra Nəhməd Nəhmədov idarəetməni itirdiyindən avtomaşını kanala aşırıb.

Nəticədə piyada aldığı xəsarətdən ölüb. Yaralanan sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb. Avtomaşın kanaldan çıxarılıb.

 





05.11.2012    çap et  çap et