525.Az

Elçin Quliyev Əfqanıstan Sərhəd Polisinin komandanını qəbul edib


 

Elçin Quliyev Əfqanıstan Sərhəd Polisinin komandanını qəbul edib<b style="color:red"></b>

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstan Daxili İşlər Nazirliyi Sərhəd Polisinin komandanı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş iştirak etmək məqsədilə Bakıda olub.

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

DSX rəisi general-polkovnik Elçin Quliyev və general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi tədbirləri, əldə olunmuş xidməti nailiyyətlər müzakirə olunub. Qurumlar arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Əfqanıstan sərhəd polisi əməkdaşlarının DSX Akademiyasında uzun müddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisas sahələri üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

 





20.08.2014    çap et  çap et