525.Az

Yaralı əsgərin Vətən, ailə və… milli plov istəyi


 

Yaralı əsgərin Vətən, ailə və… milli plov istəyi<b style="color:red"></b>

Cəbhə xəttində atəşkəsin pozulması zamanı yaralanan Azərbaycan hərbçi və əsgərlərindən biri də Ədalət Məmmədovdur. Ə.Məmmədov Ankarada özünü ikiqat qərib hiss edir.

Həm ailəsindən, Vətənindən ayrı düşüb, həm də digər hərbçi yoldaşı Elvin Əsgərov və əsgər Sərxan Tahirzadədən uzaq, xəstəxanada yalnız qalıb. Ədalət Ankara Eyitim və Araşdırma xəstəxanasınln infeksiyon xəstəliklər bölümünə yerləşdirilib.

Cəbhədə bədəninin müxtəlif yerlərindən ağır yaralanmış hərbçinin sağ gözü Bakıda amputasiya olunub. Amma sonra əməliyyat yerinin iltihabı nəticəsində vəziyyəti daha da ağırlaşıb və Ankaraya göndərilib. Buraya gətiriləndən reanimasiyada müalicə alıb, sonra palataya keçirilib. İndi həkimlər gözləyir ki, tempraturu düşsün və infeksiyasi keçsin ki, gözündə təkrar əməliyyat aparsınlar.

Hazırda yanında Türkiyədə yaşayan bacısı Səadət qalır. Aydın şəhərində yaşayan Səadət həyat yoldaşını və beş yaşlı oğlunu yaxın qohumlarının yanında buraxıb, ilk gündən qardaşına qulluq edir.

32 yaşlı Ədalət Məmmədovun durumunu anasından gizlədirlər.

Atası və qardaşı isə dörd il əvvəl Türkiyədən deportasiya olunduqlarından bu ölkəyə girişləri yasaqdır deyə, gələ bilmirlər.

Həm ağır yaraların təsiri, həm əzizlərindən uzaq düşməsi, həm də mənəvi dəstəyin yetərli olmaması Ədalətin psixoloji durumunu çox həssas edib.

Ədaləti ziyarətdən ayrılanda ondan bir istəyinin olub-olmaması barədə soruşdum.

"Azərbaycan plovu istəyirəm" - dedi.

Saədət deyir ki, bir neçə gün əvvəl bu istəyinə görə bir nəfər plov bişirib gətirib. Amma plov, adətən Azərbaycanda istifadə olunan düyüdən yox, Türkiyədə satılan düyüdən bişirildiyinə görə qardaşı umduğu dadı ala bilməyib.

Azərbaycan milli plovunun bişirilməsində istifadə olunan xüsusi düyü növü Türkiyədə asanıqla tapılmır. Sosial şəbəkə vasitəsi ilə Ankaradakı azərbaycanlılara müraciət edərək yaralı əsgərin arzusunu gerçəkləşdirmək üçün kömək istədim.

Mürəciət öz nəticəsini verdi və dərhal reaksiya gəldi: TRT-də çalışan azərbaycanlı jurnalist Könul Şamilqızı milli plovu hazırlayıb Ədalətə apardı. Gərək ki, bu dəfə Ədalət Məmmədov əsl Azərbaycan plovunun dadını aldı...

Ankara

 





20.08.2014    çap et  çap et