525.Az

Separatçılar Ukrayna hərbi təyyarəsini vurublar


 

Separatçılar Ukrayna hərbi təyyarəsini vurublar<b style="color:red"></b>

Avqustun 20-də, Luqansk şəhəri yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrlərinə məxsus Su-25 tipli hücumçu təyyarəsi vurulub.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko deyib.
 
"Bu gün döyüş tapşırığının yerinə yetirərkən Su-25 təyyarəsi vurulub.  Pilotun taleyi hələlik məlu deyil", - deyə Lısenko qeyd edib
 
Bundan əvvəl bir sıra KİV-i xəbər vermişdilər ki, qondarma "Luqansk xalq respublikası"nın silahlıları Luqansk yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrlərinə məxsus bir qırıcı təyyarə və iki helikopteri vurublar.

 





21.08.2014    çap et  çap et