525.Az

Ayağı qopan sürücü öldü - Yenilənib


 

Ayağı qopan sürücü öldü - <b style="color:red">Yenilənib</b>

Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb.
 
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Rasim Quliyev aldığı ağır bədən xəsarətlərindən Klinik Tibbi Mərkəzdə vəfat edib.

*** 10:51

Paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə  Bakı-Şamaxı  yolunun  Sulutəpə  qəsəbəsi ərazisindən keçən hissəsində  qeydə alınıb.
 
İkinci qrup əlil, 53 yaşlı  Rasim Quliyev  idarə etdiyi  "VAZ -2109" markalı avtomobillə  Şamaxıdan  paytaxt  istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili  yol ayrıcına çırpıb.
 
Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks  istiqamətinə  düşüb. Baş verən qəzadan sonra  sürücü  Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı  1 saylı şəhər  kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı  araşdırma aparılır.

 





21.08.2014    çap et  çap et