525.Az

Prezidenti BMT baş katibinin müavinini qəbul edib


 

Prezidenti BMT baş katibinin müavinini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də BMT baş katibinin müavini Vu Honqbonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın prezidentin rısmi saytına istinadən verdiyi məlumata görə, V. Honqbo BMT ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb, 2012-2013-cü illər ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə prezident İ. Əliyevi təbrik edib. Azərbaycan hökumətinin informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan V. Honqbo ölkəmizin bu sahədə regionun liderinə çevrilməsini yüksək qiymətləndirib. Qonaq BMT-nin “Elektron Hökumət” layihələrində Azərbaycanın fəal iştirakının önəmini qeyd edib.
Öz növbəsində, prezident İ. Əliyev BMT-nin baş katibinin müavininin Bakıda təşkil olunan VII İnternet İdarəçilik Forumunda iştirakının əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet sahələrdən biri olduğunu deyib. Müstəqilliyinin 20-ci ildönümündə güclü beynəlxalq dəstəklə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin önəmini vurğulayan prezident ölkəmizin 2013-cü ildə də sülhün, təhlükəsizliyin və dostluğun təşviqi işində fəal rol oynayacağına ümidvar olduğunu bildirib. Prezident Azərbaycanla BMT arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 





05.11.2012    çap et  çap et