525.Az

Bakıda evdən külli miqdarda pul oğurlanıb


 

Bakıda evdən külli miqdarda pul oğurlanıb<b style="color:red"></b>

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

Lent.az-ın məlumatına görə, Xətai rayonu, Nobel prospekti 8, mənzil 1 ünvanında yaşayan Məmmədov Həsən İsmayıl oğlu 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, tanışı Cabbar adlı şəxs onun evindən külli miqdarda pul oğurlayıb.
 
H.Məmmədov qeyd edib ki, evdə olmamasından istifadə edən Cabbar 62 min manat pul və xeyli qızılı götürərək aradan çıxıb.
 
 

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda törədilməklə oğurluq etmə) maddəsi ilə cinayət işi başlanıb.

 





21.08.2014    çap et  çap et