525.Az

Oğurluğun məşhurluq gətirdiyi əsər - Mona Liza


 

Oğurluğun məşhurluq gətirdiyi əsər - <b style="color:red">Mona Liza</b>

Bu gün tarixə məşhur “Mona Liza” portretinin oğurlandığı gün kimi düşüb.

Modern.az sizi əsərin necə oğurlanması ilə tanış edir. 

Dünyaca məşhur italyan rəssam Leonardo Da Vinçinin Florensiya şəhərində 1505 və ya 1506-cı illərdə yaratdığı əsəri 4000 qızıl qarşılığında Fransa kralı I Fransuaya rəssamın özü satır.  Amma qəribəsi odur ki 1911-ci ilə, yəni əsər oğurlanana qədər dünyada o qədər də  tanınmırdı. 1911-ci də əsər sərgiləndiyi Luvr muzeyindən oğurlanır.  Səhər muzeyin işçiləri portretin yerində olmadığını görür və polisə xəbər verirlər.

Bu xəbərdən sonra portreti tanıyan və tanımayan hər kəs muzeyə axışır. Səbəb isə bu muzeydən bir əsərin oğurlanmasının böyük hadisə olması idi.  Bundan sonra polis portretin 6500 rəsmini Paris küçələrinə yayır. Oğru ilə bağlı şayiələr yayıldıqca yayılır. Hətta Pikassodan da şübhələnilir. Şair Qiyom Appoliner polis tərəfindən dindirilir.

Əsərin harada olması barədə müxtəlif fikirlər gəzirdi. Kimisi əsərin Argentinada, kimisi İspaniyada, kimisi isə Amerikalı bankir Morqanın villasında saxlanıldığını deyirdi. Bu məlumatlar həqiqət üzə çıxana, yəni 1913-cü ilin dekabr ayına qədər yayılmağa davam etdi. Mona Liza həmin iki il ərzində elə Parisdə saxlanılmışdı.

1913-cü ilin dekabr ayında İtalyan rəssam Vinçenso Perucia əsəri İtaliyadaki Florensiya Uffizi qalereyasına satarkən yaxalanır. Ən maraqlısı isə onun məhkəmədə verdiyi cavab olur:
 
“Əsəri aid olduğu yerə, vətəni Florensiyaya geri qaytarmaq üçün oğurlamışam". Ancaq məhkəmə rəssama 1 il həbs cəzası verir və sirlərlə dolu Mona Liza Luvra geri qaytarılır. 

 





21.08.2014    çap et  çap et