525.Az

İŞİD Türkiyəyə təklif irəli sürdü


 

İŞİD Türkiyəyə təklif irəli sürdü<b style="color:red"></b> İŞİD Türkiyənin Mosul konsulluğunda girov götürdüyü 49 nəfərin sərbəst buraxılması müqabilində türk əsgərlərinin Suriyadakı Süleyman şah türbəsindən çıxmasını istəyib.

APA TV-nin məlumatına görə, Türkiyə mətbuatı rəsmi Ankaranın bu təklifi müzakirə etdiyini yazıb. Lakin türk əsgərlərinin Suriyadakı Süleyman şah türbəsindən hansı formada çıxara biləcəyi formulu müəyyənləşməyib.

Qeyd edək ki, 928 illik Süleyman şah türbəsi Türkiyənin ölkə hüdudlarından kənarda yerləşən tək ərazisidir.

Burada Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası Süleyman şah və iki əsgərinin məzarı yerləşir.

Suriyada olan bu türbənin ərazisi Lozanna sazişinə görə Türkiyə ərazisi sayılır və türk ordusu tərəfindən mühafizə olunur.

İŞİD mart ayında bu türbəni bombalayacağını bəyan edən zaman baş nazir Ərdoğan əgər türbəyə hücum olarsa, lazımi tədbirlərin görüləcəyini demişdi. “Tərəf” qəzeti hökumətdəki mənbələrə istinadən artıq hökumətin Silahlı Qüvvələr Baş Qərargahına Süleyman şah türbəsinə hücum ediləcəyi təqdirdə əsgərlərin oradan çıxarılmasını barədə təlimat verdiyini yazıb.
 





21.08.2014    çap et  çap et