525.Az

"Valdes "Barselona" tarixinin ən yaxşı qapıçısıdır"


 

"Valdes "Barselona" tarixinin ən yaxşı qapıçısıdır"<b style="color:red"></b>

"Barselona" klubunun müdafiəçisi Xavyer Maskerano sabiq komanda yoldaşı Viktor Valdes haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "sport.es"ə danışan argentinalı futbolçu Valdesin "Barselona" tarixinin ən yaxşı qapıçısı olduğunu bildirib:

"Valdes "Barselona" tarixinin ən yaxşı qapıçısıdır. Bunu onun oyunu və komanda ilə qazandığı titullar bir daha sübut edir. Lakin artıq o, komandada yoxdur. Biz komandaya gələn yeni qapıçılara dəstək olmalıyıq".

Qeyd edək ki, Valdesin gedişindən sonra "Barselona" iki qapıçı - Mark-Andre ter Şteqen və Klaudio Bravonu transfer edib.

 





21.08.2014    çap et  çap et