525.Az

Döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır


 

Döyüşə yararlı silah-sursatlar məktəblərdən yığılır<b style="color:red"></b> Azərbaycanın ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan silah-sursatlar yığışdırılır.
 
Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, məktəblərdə bədbəxt hadisələrin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə söhbət yalnız döyüşə yararlı hesab olunan silah-sursatdan gedir.
 
Onun sözlərinə görə, bu tədbirlər döyüş üçün heç bir təyinatı olmayan, təlim məqsədilə istifadə olunan silah-sursata aid edilmir: “Bununla bağlı daxili işlər nazirinin imzası ilə Təhsil Nazirliyinə məktub daxil olub. Həmin məktub əsasında Təhsil şöbələrinə məktub göndərilib, onlar da məktəblərdən döyüşə yararlı silah-sursatın yığışdırılması ilə bağlı yerli qurumlara göstəriş veriblər. Yerlərdə vəziyyətə baxılır, məktəblərdə döyüşə yararlı silah-sursat varsa, rayon Polis şöbələri Təhsil şöbələri ilə birlikdə akt tərtib edir və həmin silah-sursat götürülür”.
 





21.08.2014    çap et  çap et