525.Az

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hərbi məktəb tikirlər


 

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hərbi məktəb tikirlər<b style="color:red"></b>

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında Suvorov və Mədətov adına hərbi məktəb tikir.

Bu barədə APA Ermənistanın «Lragir» qəzetinə istinadən məlumat verib.

Məktəbin yaradılması işlərini general-mayor Arkadi Ter-Tadevosyan koordinasiya edir. Bu məktəbdə şagirdlər hərbi təhsili ibtidai sinifdən alacaqlar. Artıq ermənilər bu məqsədlə Rusiya və Fransanın müvafiq təcrübələrini öyrənməyə başlayıblar. Məktəbin fəaliyyətinin təşkili üçün xaricdəki erməni diasporu da cəlb olunacaq.

 





05.11.2012    çap et  çap et