525.Az

AzTV-nin əməkdaşı tədbir zamanı ölüb - Yenilənib


 

AzTV-nin əməkdaşı tədbir zamanı ölüb - <b style="color:red">Yenilənib</b>

AzTV-nin əməkdaşı vəfat edib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi Ağaqulu Əliağa oğlu Mürvətovun Horadiz qəsəbəsində rəsmi tədbir zamanı dünyasını dəyişib.
 
Məlumatda bildirilir ki, A. Mürvətov məhkəmə-tibbi ekspertizasının arayışına əsasən, üçüncü dəfə aldığı geniş infarkt nəticəsində vəfat edib.

*** 15:38

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Füzuli Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.
 
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
 
Hazırda faktla bağlı araşdırma aparılır.

 





21.08.2014    çap et  çap et