525.Az

Sabiq polis mayoru yol qəzasında ölüb


 

Sabiq polis mayoru yol qəzasında ölüb<b style="color:red"></b>

Azərbaycanda sabiq polis ağır yol qəzası törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 07 radələrində Ağdaş rayonunun Abad kəndində qeydə alınıb.

Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb və o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
 
APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən M. Cəfərov sabiq polis mayorudur. O, fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Cəfərovun oğludur.

 





21.08.2014    çap et  çap et