525.Az

Moskvada festivalda Azərbaycanla bağlı təqdimat olub


 

Moskvada festivalda Azərbaycanla bağlı təqdimat olub<b style="color:red"></b>

Moskvada “Molodyojnıy” kinoteatrında “Reqinsentr-Pravo” birliyi, “Qrand Jete” rəqs ansambılının və Tekstilişk yerli özünü idarə qurumu tərəfindən “Ümumdünya tolerantlıq günü” ilə bağlı təşkil olunan milli mədəniyyətlərin “Harmoniya rəngarəngliyi” adlı II adlı Festival keçirilib.

525.az-ın məlumatına görə, festivalda Moskva şəhərinin uşaq və gənclərin yaradıcılıq kollektivləri, uşaq bağçaları, müxtəlif milli mədəniyyət mərkəzlərinin idman, mədəni və asudə vaxtın təşkili klublarının nümayəndələri iştirak ediblər. Uşaq və gənclərə müxtəlif millətlərin mədəniyyəti və milli adət-ənənələri təqdim olunub.

Festivalı Tekstilşik yerli özünü idarə orqanın aparıcı mütəxəssisləri A.A.Petrov və Y.Q.Bojor açaraq uşaqlara və gənclərə uğurlar diləyiblər. Tədbirdə “Uşaqların qonağı olarkən” adlı təqdimat, “Harmoniya rəngarəngliyi” adlı foto, video-çarx, plakatlar, divar qəzetləri arasında “Dünya mədəniyyəti” mövzusunda isə konkurs olub. Eyni zamanda uşaq və gənclər üçün xalq yaradıcılığı ilə bağlı-milli geyimlər, milli bəzək əşyaları, adət-ənənə və müxtəlif xalqların folklorunun təqdimatları olub.

Festivalda Kostinoy Lyubuv Biktirovnanın rəhbərlik etdiyi 1304 saylı bağçanın komandası ötən il olduğu kimi, bu il də Azərbaycanı təqdim ediblər. Onların Azərbaycanının milli adət-ənənələri, zəngin folkloru, mədəniyyəti, mətbəxi ilə bağlı təqdimatı çox uğurlu alınıb. Xüsusi ilə yadda qalan bu təqdimat festivalın müxtəlif mükafatlarına layiq görülüb. Tədbirdə Rusiyanın insan haqları qurumlarının rəhbərləri, ekspertləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Festivalda 500-dən artıq insan iştirak edib. Sonda 15 uşaq bağçasının və “Qrand Jete” rəqs ansamblının ifalarında qala-konsert olub.

 





05.11.2012    çap et  çap et