525.Az

Azərbaycanın kürəyinə saplanan xəncər, yaxud erməniləşmiş gürcülər


 

Azərbaycanın kürəyinə saplanan xəncər, yaxud erməniləşmiş gürcülər<b style="color:red"></b>

1990- illərin sonları. Azərbaycanın neft qaz ehtiyatlarının hansı marşrutla daşınacağı  barədə debatlar ölkə hüdudlarını aşaraq ən müxtəlif paytaxtların iri salonlarında, hökumət kabinetlərində, gizli görüşlərdə müzakirə edilirdi.

Şimaldakı paytaxt artıq bir dəfə silahlı üsyan qaldırmış Surət Hüseynovun vasitəsilə öz sərt mövqeyini səsləndirirdi: Azərbaycan nefti yalnız şimal marşrutu üzrə daşına bilər.

O illər öz ölkəsinin Azərbaycandakı səfirliyində çalışan Mehdi Sübhani adlı diplomat isə KİV-ləri, QHT-ləri, siyasi partiyaları gəzib neftimizin cənub marşrutu ilə daşınması ideyasını təbliğ edir, bunun Cənubi azərbaycanlılara da faydalı olacağını iddia edirdi.

Bu mövqe bəzi Qərb şirkətləri, eləcə Azərbaycanın iki iri müxalif siyasi təşkilatı - İsa Qəmbərin Müsavatı Rəsul Quliyevin ADP-si tərəfindən dəstəklənirdi. Hökumətin Bakı-Tiflis-Ceyhan (BTC) marşrutu üzərində dayanması isə onlar tərəfindən birmənalı tənqid olunurdu.

Qəribədir ki, Gürcüstanın çoxsaylı ictimai-siyasi qurumları da yekun qərar qəbul olunduqdan sonra layihələrin reallaşdırılmasına əngəllər yaratmağa başladılar. Gah hansısa marşrutun keçəcəyi dərədə ekoloji balansın pozulması haqda hay-küy, gah hansısa qayanın arxeoloji dəyəri haqda kampaniya işin icrasına mane olurdu. Bir neçə dəfə isə gürcü hakimiyyəti boş qalan büdcəni doldurmaq üçün marşruta görə tarifləri qaldırmaq tələbi ilə çıxış etmişdi.

Yalnız prezident Heydər Əliyevin düzgün strateji seçimi, bu maneələr qarşısında əyilməz iradəsi, Gürcüstana güzəşti nəticəsində BTC reallığa çevrildi. Bu gün bu layihə həm Gürcüstanın iqtisadi inkişafına siyasi müstəqilliyinə mühüm töhfə verir.

Ancaq Azərbaycan bununla da kifayətlənmədi. Bu dəfə Avropa İttifaqı ABŞ-ın etirazlarına məhəl qoymadan Gürcüstan üzərindən dəmiryol xətti çəkilişinə qərar verdi. Həm bu layihələr birbaşa Azərbaycan dövlətinin vəsaiti hesabına reallaşdırılır. Bu da Gürcüstanın faktiki müstəqilliyini təmin etmiş ən mühüm strateji layihələrdən biridir. Bura Supsa limanı Kulevi terminalı ilə bağlı investisiya layihələrini, SOCAR-ın Gürcüstanda ən iri vergiödəyicisi olması faktını, Acarıstana edilən birbaşa yatırımları s. əlavə edə bilərik.

Eyni zamanda 2008-ci ildə Gürcüstana qarşı ciddi təhlükə yarananda Azərbaycanın tutduğu prinsipial mövqe bu ölkəyə əməli yardımı da unudulmamalıdır.

Təbii ki, bu addımlar Azərbaycan üçün faydasız olmayıb. Biz ilk növbədə özümüzə strateji müttəfiq qazanmışıq. Son zamanlar xarici işlər, bu gün isə müdafiə nazirlərinin iştirakı ilə keçirilən ikitərəfli üçtərəfli (Türkiyənin iştirakı ilə) görüşlər təsdiqləyir ki, Azərbaycan öz strateji seçiminə sadiqdir Gürcüstanda hakimiyyətə gələn ən fərqli siyasi qüvvələrlə bu müttəfiqliyi qorumaqda maraqlıdır.

Azərbaycanın ictimai-siyasi qurumlarının tam əksəriyyəti dövlətin bu seçimi ilə razıdır, xüsusən Gürcüstanla bağlı siyasətinə anlayışla yanaşır. Nəinki dövlət, az qala bütün yaradıcı qurumlar ictimai fəallar Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər, Abxaziya Cənubi Osetiya ilə bağlı heç bir məkrli layihədə yer almırlar.

lll

Təəssüf ki, eyni sözləri gürcü ictimai fəalları barədə söyləmək olmur. Gürcüstan Yazıçılar Birliyi sədrinin Dağlıq Qarabağ turnesi, Şəki-Zaqatala zonasının Gürcüstanda buraxılan bəzi xəritələrdə "Saingilo" adı ilə gürcü ərazisi kimi təqdim edilməsi bu ölkənin ictimai qurumlarında Azərbaycana xoş münasibət bəsləməyən insanların az olmadığını göstərir. Belələri yerli ictimai təşkilatlardan başqa, həm beynəlxalq QHT-lərin Cənubi Qafqaz üzrə regional bürolarında çalışan gürcü ekspertləri sırasında da çoxluq təşkil edir.

Məsələn, xüsusi iddialı beynəlxalq QHT-lərdən biri olan "Human Rights Watch" (HRW) təşkilatında olduğu kimi.

Bu qurumun əsas regional hesabatçıları Tiflisdə yerləşir. Qurumun Qafqaz ölkələri üzrə araşdırmaçısı Giorgi Qoqiyanın əsas işi-gücü guya Qafqazın etnik münaqişə zonaları haqda araşdırmalar aparmaqdır. Əslində belə araşdırmalar aparılıb da. Məsələn, internetdəki açıq dosyelərdən göründüyü kimi, cənab Qoqiya Gürcüstan, Azərbaycan Ermənistana dair hansısa sənədlər hazırlayır. Əsas işi isə Abxaziyadan didərgin düşmüş gürcülərin durumunu, eləcə 2008-ci ilin avqustunda Cənubi Osetiya hadisələrindən sonra Gürcüstanın  hüquqlarının necə tapdanmasını humanitar qanunvericilik bazasını araşdırmaqdır.

Cənab Qoqiyanın Azərbaycanla da bağlı layihəsi var. Hüquq-mühafizə orqanlarının bəyanatlarından adı bizə Ermənistan xüsusi xidmətlərinin yan qurumu kimi tanış olan "Region" Araşdırmalar Mərkəzi ilə birgə, Britaniya səfirliyinin maliyyəsi hesabına Leyla Yunusun vasitəçiliyi ilə gerçəkləşdirilir bu layihələr.

Əlbəttə, L.Yunusun adı olan yerdə hazırda həbsə alınmış bu qadının dostları Azərbaycan, azərbaycanlılar Azərbaycan hakimiyyəti əleyhinə yalnız onun təhqiramiz leksikondan istifadə edə bilərlər. Necə deyərlər, Leyla Yunus məktəbi öz "şanlı" ənənələrinə sadiqdir...

Qoqiyanın adından hazırlanmış hesabatlarda Cənubi Qafqazdan nədənsə yalnız Azərbaycan qara rəngdə görünür, Gürcüstandakı çoxsaylı qanun pozuntuları isə öz əksini tapmır. HRW-nin bu qeyri-obyektiv hesabatları Gürcüstanın özündə ciddi etirazla qarşılanır. Bu barədə az sonra.

Cənab Qoqiya tək deyil. "Amnesty İnternational" təşkilatının Azərbaycan Gürcüstan üzrə tədqiqatçısı Natalia Nozadzenin açıq dosyelərdəki təqdimat formasından da göründüyü kimi, beynəlxalq QHT-lərin regional bürolarının bu baş klerkləri nədənsə Cənubi Qafqaz "tədqiqatlar"ını, Gürcüstan Azərbaycanla, daha doğrusu, Gürcüstanı öyüb Azərbaycanı söyməklə yekunlaşdırırlar.

Ermənistan isə bütün tənqidlərdən kənardadır. Niyə?

Çünki sadəcə ermənilər "hay data"ya ("erməni işləri") qaba, zərif burunların müdaxiləsinə yol verirlər.

2011-ci il noyabrında verdiyi müsahibədə xanım Nozadze Tunis Misirdəki "ərəb baharı"ndan sonra Bakıda "azəri baharının açılmamasından" təəssüflə danışır, hökumətin Misir Liviya inqilablarının Bakıda təkrarlanmaması üçün atdığı addımlar haqda "Amnesty İnternational" təşkilatı adından xüsusu hesabat da yayırdı.

İnqilabın "baharı" açılsaydı, "bahar"ı regiona gətirən "qaranquşlar"ı hansı karyera yüksəlişləri, hansı maddi təminatlar gözləyirdi? Təsəvvür etmək belə başgicəlləndiricidir.

Bəs xalqın taleyi necə olacaqdı? Təsəvvür etmək çətin deyil - ortada Suriya, Misir, Yəmən Liviyanın bölünmə təhlükəsinin hələ sovuşmaması, yüz minlərlə insan itkisi ilə müşayiət olunan humanitar faciə, qanlı toqquşmalar, səngimək bilməyən terror reallığı var.

İştaha diş altındadır. 2011-ci ildə alınmadı, bəlkə 2012-? Bu bəlkəyə hesablanmış ümidlər qrant verən səxavətli əllərə yüz minlərlə, bəzən milyonlarla dollar ya avro büdcə yeyən layihələr hesabına başa gəldi.

Bu dəfə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində "Amnesty İnternational"ın fəallaşdığının şahidi oluruq. Qurumun Azərbaycan üzrə kampaniyaçısı Maks Tuker Avropa Teleradio Yayım Birliyinin "Eurovision" siyasi yox, əyləncəli tədbirdir" mövqeyini rədd edirdi.

İnqilab həvəskarları müsabiqədə qalib olmağa əsas iddiaçı sayılan İsveç nümayəndəsi Lorin Zeynəb Talhauini işə cəlb edirlər. Amma xanım müğənni bu ya digər səbəblərdən hər hansı siyasi bəyanatlardan yayındı. Nozadze isə inadından çəkilmir.

Qoqiya Nozadze kimilərin naz etmədən birləşə biləcəyi bir həssas ad var - Leyla Yunus. Qoqiyanın Leyla ilə düzüb qoşduğu layihələr barədə bəhs etdik. Son günlər Qoqiyanın təmsil olunduğu HRW-nin verdiyi bəyanatlar da ortadadır.

"Leyla Yunus uzun müddət hökumətin təhdid hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər" - bunu da "Amnesty İnternational"ın nazlı xanımı Natalya Nozadze deyir.

Xanım bu dəfə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə şübhə ilə yanaşır, Avropa oyunlarının Bakıda keçirilməsi əleyhinə okenaşırı əllərin verdiyi "Fas!" komandasına qoşulur.

L.Yunus da sonuncu mətbuat konfransında "ölkədə insan hüquqları pozulduğundan" 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykota çağırırdı.

Cənubi Qafqaz üzrə "Amnesty İnternational" təşkilatının daha bir gürcü nümayəndəsi Levan Asatiani Avropa oyunlarını hədəf alıb. O bildirir ki, Azərbaycanda son aylarda aktiv hüquq müdafiəçilərinin həbsi baş verir. Bunun səbəbi isə, sən demə, Avropa Oyunları zamanı müxalifət nümayəndələrinin çıxışlarının qarşısını almaqmış.

Amma yenə 2012-ci ildə Avropa Teleradio Yayım Birliyinin verdiyi açıqlama tipində cavab eşidirlər. "Bakı-2015 Avropa Oyunları" üçün təyin olunmuş baş əməliyyat direktoru Saymon Kleg Azərbaycanı "yaşamaq üçün gözəl yer" "azad cəmiyyətə malik olan dövlət" kimi təsvir edib. O, idmanı siyasətə qatmamağa çağırıb.

S. Klegin cavabı əslində yetərlidir. Doğrudan da insan hüquqları, siyasi-mədəni hüquqların pozulması sizi bunca rahatsız edirsə, buyurun, sizə bəzi faktlar təqdim edə bilərik. Bunlar nədənsə beynəlxalq hesabatlara düşməyən faktlardır.

Gürcüstanda müstəqillik illərində prezident ya baş nazir postu tutmuş bütün siyasətçilər vəzifədən getdikdən sonra siyasi təqiblərə, ən müxtəlif formada təzyiqlərə məruz qalıb, həbs olunub yaxud da qətlə yetiriliblər. Keçmiş baş nazir Zurab Jvaniyanın homoseksual olması haqda şayiələr, müxalifətə rəhbərlik etmək istəyən milyarder Badri Patarkatsişvilinin isə yəhudi olması haqda məlumat onların qətlləri ilə bağlı rəsmi açıqlamaya əlavə edilir. Keçmiş müdafiə naziri İrakli Okruaşvili isə azyaşlı qızı ilə bağlı porno görüntü ilə şantaj olunurdu.

Reallıq ondan ibarətdir ki, rəqiblər sadəcə qətlə yetirilmir ya həbs edilmirdilər, onların tərəfdarları da eyni metodlarla vurulur, gözdən salınır həmişəlik siyasi arenanı tərk etmək məcburiyyətində qalırdılar. Şevardnadze devrildikdən sonra Qamsaxurdiyanın ölüm faktı barədə məhkəmə araşdırılmasına cəhd edilsə bu da natamam qaldı.

Badri Patarkatsişvili isə 2008-ci ildə prezident seçkilərində iştirak edəcəyini bəyan edəndən az sonra London yaxınlığındakı villasında qəfildən işemiyadan keçindi. Bu ölümün Saakaşvili tərəfindən sifariş edildiyi, sifarişin yerinə yetirilməsində Qərb xüsusi xidmətlərinin rolu olduğu iddia edilir. Yəhudi mənşəli milyarderin müəmmalı ölümü, bu ölümdən əvvəlsə Saakaşvilinin  "Gürcüstanın prezidenti gürcü mənşəli olmalıdır, yəhudi mənşəli yox" deməsi bir müddət İsrail-Gürcüstan əlaqələrinə təsirsiz ötüşmədi.

"Qızılgül" inqilabından sonra Zviad Qamsaxurdiya Eduard Şevardnadze dövründən qalma siyasi-mədəni elitaya, siyasi rəqiblərə qarşı tam bir "əcinnə ovu" siyasəti yürüdüldü, onların ictimai-siyasi fəaliyyəti əngəlləndi, mühüm bir hissəsi ölkəni tərk edərək Rusiya, Yunanıstan, İngiltərə Fransaya mühacirət etməyə məcbur oldular.

Saakaşvili hakimiyyətə gələndən sonra KİV-lərin bir siyasi komandanın nəzarətinə alınması üçün "İmedi", "Acara" "Rustavi-2" telekanalları ilə bağlı hüquqi prosedurlara start verildi. Hazırda isə eyni proses Saakaşvili onun tərəfdarlarına qarşı aparılır.

2012 yanvar. Gürcüstandan olan hüquq müdafiəçiləri hesab edirlər ki, HRW-nin "Ümumdünya hesabatı - Gürcüstan-2012" adlı hesabat reallığı əks etdirmir, burda hakimiyyət müdafiə olunur, hesabatda Sndro Qirqlianinin ölümü əks edilməyib. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin müvafiq hökmü HRW tərəfindən nəzərə alınmayıb, məqsəd Saakaşvili hökumətini demokratik elan etməkdir.

Keçmiş Siyasi Məhbuslar İnsan Hüquqları Uğrunda təşkilatının sədri Nana Kakabadze hesabatı ən kəskin tənqid edənlərdən idi. O, Asatiyani, Qoqiya Nozadze kimi digər soydaşlarından fərqli olaraq ciddi bir etiraf bəyan edir: "Hesabatda siyasi məhbuslar haqda bir kəlmə yoxdur. Halbuki Gürcüstanda 1500 nəfər siyasi məhbus var. Azərbaycanda siyasi məhbus adlandırılan 50 nəfər azad edilib. Halbuki "daha yaxşı demokratiya" sayılan Gürcüstanda isə bir dəfə olsun amnistiya elan olunmayıb".

2014- il, 2 avqust. Gürcüstanın yeni hakimiyyətinin ilk işlərindən biri Mixail Saakaşviliyə həbs hökmü çıxarmaq oldu. Tiflis məhkəməsi onu "İmedi" telekanalının dağıdılmasında ittiham edir. Halbuki Saakaşvili hakimiyyətdə olduğu illərdə HRW "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlara göndərilən hesabatlarda bu faktların üstündən keçilirdi, indi isə onun bütün tərəfdaşlarının faktiki olaraq siyasi motivlə təqib edilməsinə göz yumurlar.

2014- il iyul. Gürcüstanın Rusiyadakı sabiq səfiri Erosi Kismarişvili öz mənzilində ölü tapılır. O həm "Rustavi-2" telekanalının təsisçisi Rustavi şəhər meri olmağa namizəd idi. Bu qətlin yeni hakimiyyətin əl işi ola biləcəyi iddia edilir. Amma HRW "Amnesty İnternational" həmişəki kimi susurlar.

Ötən ilin oktyabrında beynəlxalq tədbirlərin birində Gürcüstan Jurnalistlərinin Etika Xartiyasının üzvü Zviad Koridzenin açıqladığı bəzi faktlara da toxunaq. O deyirdi ki, abxaz-gürcü münaqişəsi vaxtı gürcü mətbuatı vətənpərvərlik hüdudlarını aşaraq açıq faşist mövqeyi sərgiləyib. Heç bir gürcü KİV-i münaqişəyə abxazların prizmasından baxmağa cəhd etməyib. Yəni onların Əkrəm Əylisli, Leyla Yunusu olub.

Gürcü mediası "yalnız pravoslavlar gürcü sayıla bilər, katoliklər, protestantlar müsəlmanlar gürcü deyil, vətəndaşlığa da layiq deyillər", "katoliklər protestantlar gürcü pravoslavlığını ləğv etmə qəsdinə girişiblər" s. kimi faşizm iyi verən fikirləri geniş təbliğ edirlər.

Ötən il Ramazan bayramı ərəfəsində gürcü mediası çirkin islamofob kampaniya aparıb. Belə ki, Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə itkin düşmüş yeniyetmə qızla bağlı heç bir axtarış əməliyyat tədbiri aparmadan onun iranlı müsəlmanlar tərəfindən oğurlandığını iddia edib.

Gürcü mediası nazirliyin bu dezinformasiyasını tirajlamaqla qalmayıb iyrənc yalana öz töhfələrini veriblər. İddia edilib ki, "qız Ramazan bayramında dini ayində qurban kəsilmək məqsədilə qaçırılıb" (bir zamanlar çar Rusiyasında "jidovskiye poqromı" məhz bu cür sarsaq iddialardan sonra başlamışdı).

Koridze öz ölkəsində baş alıb gedən türkofobiya haqda isə deyir ki, gürcü mediası Ərdoğanın Batumini Acarıstanı Gürcüstandan qoparmaq təhlükəsindən yazır.

Yeni fobiyalar da yaranıb: çaynofobiya (Tiflisə 130 min çinlinin köçürülməsi planı haqda uydurma məlumat), avropafobiya (hamı gey olmasa, Avropa İttifaqına qəbul edilmək olmaz).

İkili standartların miqyası o qədər böyükdür ki, HRW "Amnesty İnternational" kimi təşkilatlar hətta istənilən ölkə üçün fəlakət hesab oluna biləcək həqiqətlər haqqında belə susmağa üstünlük verdilər.

Bu faktlarla kifayətlənirik. Axı Azərbaycan özünün iqtisadi potensialından, siyasi imkanlarından həmişə Gürcüstanın da müstəqilliyinin möhkəmlənməsi naminə istifadə edib. Keçmiş prezidentlər - mərhum E.Şevardnadze, hazırda ABŞ-da olan M.Saakaşvili, onlardan sonra gələnlər etiraf edərək bildiriblər ki, Azərbaycan Gürcüstanın istiqlalı üçün qarant rolunu oynayır.

Elə isə Gürcüstanın bəzi ictimai fəalları niyə Azərbaycana qarşı bu qədər qərəzlidirlər?

Bunu demək üçün başlıca səbəblərdən biri odur ki, onlar öz ölkələrində, Ermənistanda heç bir pozuntu görməyərək yalnız Azərbaycanı tənqid hədəfinə çevirirlər. Ehtimal ki, onlar da Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən "Reuters"in Cənubi Qafqaz üzrə təmsilçisi Marqarita Antidze kimi erməni əsillidirlər. İstisna deyil ki, xüsusi missiya yerinə yetirən belə insanlar ya erməniləşmiş gürcülər, yaxud da gürcüləşmiş ermənilərdir. Onların əsas məqsədi bu tipli fəaliyyətlə Azərbaycanla Gürcüstanın münasibətlərini korlamaq ola bilər.

Hər halda faktlar göz qarşısındadır. Bəs Azərbaycan bütün bunlara reaksiya versə, azərbaycanlı ekspertlər, media Gürcüstandakı problemləri qabartmağa başlasa, orada yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görülsə s. bu tipli addımlar atılsa, necə olacaq? Neçə ki gec deyil, bu məqama Gürcüstan hakimiyyəti, bu ölkənin ziyalıları, ictimai fəalları, mediası xüsusi diqqət ayırmalıdır.

Virtualaz.org

 





21.08.2014    çap et  çap et