525.Az

"Həmsədrlər beynəlxalq hüququ deyil, öz dövlətlərinin maraqlarını əsas tuturlar"


 

"Həmsədrlər beynəlxalq hüququ deyil, öz dövlətlərinin maraqlarını əsas tuturlar"<b style="color:red"></b>

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən önəmli strateji vəzifələrdən biri birincisidir. Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib ki, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək təcavüzkar qüvvələr işğal olunmuş Azərbaycan ərazisindən çıxarılacaq". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, məhz bu cür qətiyyətli prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə aktiv, hücumçu diplomatiya həyata keçirməkdədir: "Bunun da qanunauyğun nəticəsidir ki, son illərdə bütün beynəlxalq qurumlarda münaqişəyə münasibət getdikcə dəyişir, reallıq aydın olmağa başlayır. Azərbaycanın tutduğu prinsipial mövqeyin sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı zəruri qətnamələr qəbul edilib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müharibə tərəfdarı deyil məsələnin sonuna qədər diplomatik yollarla həllini tapmağa çalışacağıq. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi bu yolu çox çətinləşdirir. Sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazilərini digər vasitələrlə işğaldan azad etmək gücündədir".

AtlasAraşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, beynəlxalq vasitəçilərin məsələnin həllində qətiyyət nümayiş etdirdiyini bir dəfə görməyib. O bildirib ki, bu illərdə xeyli mərhələli paket həll planları ortaya qoyulsa da, bunların heç biri realizə olunmayıb: "Məsələnin həllinə yönəlmiş  Madrid planını Azərbaycan böyük ölçüdə qəbul etsə , ancaq Ermənistan bu prinsipləri qəbul etmir. 20 ildi davam edən danışıqlar prosesində konkret nəticələrin əldə olunması, Ermənistanın bu prinsipləri qəbul etməsi üçün beynəlxalq vasitəçilər heç bir addım atmırlar". Danışıqlar prosesində vasitəçilərin qeyri-prinsipial mövqedə dayanması sülhün əldə olunmasına mənfi təsir etdiyini bildirən politoloq E.Şahinoğlu sonda atəşkəsin pozulmasını qeyri-konstruktivliyin nəticəsi hesab edir: "Təşəbbüsü biz özümüz ələ almalıyıq. İnanmıram ki, bundan sonra da vasitəçilər danışıqlarda surəti artıraraq irəliləyişə nail olsunlar. Belə görünür ki, Madrid prinsiplərinə ermənilərə qəbul etdirməkdə ya gücləri çatmır, ya da bu məsələnin həll olunmasında maraqları yoxdur. Bu halda atəşkəs pozulacaq, toqquşmalar da olacaq. Ona görə biz heç kimi gözləmədən təşəbbüsü öz əlimizə almalıyıq. Hərbi qüdrətimizi artırmalıyıq, işğalçılara lazım olan anlarda öz gücümüzü göstərməliyik. Düşmən anlamalıdır ki, bu status-kvo Azərbaycanın maraqlarına cavab vermir. Dağlıq Qarabağ onun ətrafındakı rayonları boşaltmaq üçün cəsarətimizi ortaya qoymalıyıq. Biz bu yolla qarşı tərəfi işğal etdiyi torpaqlardan surətlə çıxmağa məcbur etməliyik".

Politoloq Əliməmməd Nuriyev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sanki daha çox bu prosesin uzanmasında maraqlıdırlar. O bildirib ki, bundan əvvəlki mərhələlərdə biz həmsədrlərə münaqişə ilə bağlı kifayət qədər məlumatlar vermişik, ancaq onların münaqişəyə yanaşma tərzi zidd maraqların öndə olduğunu göstərir: "Çünki bu uzanma məsələyə vasitəçi kimi qoşulan dövlətlərə hər baxımdan sərf edir. Münaqişənin həllinə vasitəçilik edən həmsədrlər daşıdıqları vəzifəyə yeri turistik səyahət kimi baxırlar. Onlar təkliflərdə hər zaman bu ya digər formada tərəfləri qane edə biləcək balans yaratmağa çalışırlar. Həmsədrlərin tez-tez dəyişməsi prosesin sona qədər diqqətlə öyrənilməməsinə gətirib çıxarır. Həmsədr dövlətlərin regionda olan geosiyasi, iqtisadi hərbi maraqları münaqişənin daim uzanması dondurulmuş vəziyyətdə saxlanılmasının onlar üçün əlverişli olduğunu sübut edir".

Həmsədrlərin daha çox Ermənistan mövqeyindən çıxış etdiklərini deyən politoloq Ə.Nuriyev hesab edir ki, bu hal bizim üçün təzyiq rolu oynaya bilməz: "Bu dövlətlərin bəyanatlarında hər zaman işğalçı tərəfin xeyrinə səslənən bəyanatlar təkliflər görürük. O baxımdan da hesab edirəm ki, onlar münaqişənin daha uzun müddət dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Doğrudan da həmsədrlərdə qətiyyətlilik yoxdur. Qətiyyətlilik bir mənada ola bilər ki, o da Azərbaycanın işğal olunmuş torpaqları azad edilməli, beynəlxalq hüququn prinsipləri bərpa olunmalıdır. Ümumiyyətlə, bu həmsədrlik institutundan imtina etmək lazımdır. Çünki bu qətiyyətliliyi biz onlarda görə bilmirik. Daha sonra başqa formatlar barədə düşünmək olar".

Münaqişənin həllinə vasitəçi kimi yeni dövlətlər daxil edilməsi təklifi ilə çıxış edən Ə.Nuriyev hesab edir ki, real olaraq regionda təhlükəsizliyin təmin edilməsində maraqlı olan neytral mövqe tutan tərəflərin iştirakına şərait yaratmaq lazımdır: "Vasitəçilər regionun təhlükəsizlik zolağına çevrilməsində maraqları olmalıdır. Ermənistan öz təcavüzkar fəaliyyətini davam etdirməklə bütöv region üçün təhlükə yaradır. Eyni zamanda təhlükənin miqyası daha da genişlənərək qonşu regionlara da sirayət edir. Yaxın Şərqdə Ukraynada baş verən hadisələr beynəlxalq qurumların bir çox dövlətlərin etirazına səbəb olub. Bu səbəbdən sanksiyaların tətbiqi prosesi davam edir. Bəs üçün belə sanksiyalar Ermənistana tətbiq olunmasın?! Sanksiyalar tətbiq olunarsa, münaqişə dinc yolla həlli istiqamətində müəyyən nəticələr əldə edərik. Həmsədrlər beynəlxalq hüququ deyil, öz dövlətlərinin maraqlarını əsas tuturlar. yaxud da biznes qrupları siyasi qrupların, hərbi müdafiə komitələrinin maraqlarına xidmət edərək bu prosesin daha da uzanmasında maraqlıdırlar. Əks halda Ukraynaya göstərilən davranışın burada da şahidi olardıq. BMT digər beynəlxalq təşkilatların məsələ ilə bağlı qətnamələri var reallıq odur ki, Azərbaycan torpaqları bu gün işğal altındadır. Bu baxımdan hesab edirəm ki, həmsədrlik institutu mənasız bir qurumdur. Hər hansı bir formada onların məsələnin həllinə yardımları dəymir inanmıram ki, bundan sonra da vaxtsa  yardımı dəysin".

Ceyhun ABASOV

 





21.08.2014    çap et  çap et