525.Az

Yevlaxda ağır qəza: iki ölü, iki yaralı


 

Yevlaxda ağır qəza: iki ölü, iki yaralı<b style="color:red"></b> Yevlax rayonunda ağır yol qəzası baş verib.
 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bakı - Qazax yolunun 301-ci kilometrliyində Yevlax rayonunun Nemətabad kəndindən keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Mahir Həmid oğlu Atayevin idarə etdiyi 10 DN 055 dövlət nömrə nişanlı “MİTSUBİSHİ” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb.
 
Qəza zamanı avtomobildə olan sərnişinlər - 1957-ci il təvəllüdlü Göyçay rayon sakini, Zərifə Məhəmməd qızı Əlirzayeva və 1956-cı il təvəllüdlü Ucar rayon sakini Mahmud Həmid oğlu Atayev dünyasını dəyişib, 1956-cı il təvəllüdlü Zərnişan Məhəmməd qızı Əlirzayeva , 2007-ci il təvəllüdlü Aysu Cabir qızı Bağırova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 





21.08.2014    çap et  çap et