525.Az

Londonda “Sən həmişə mənimləsən” tamaşasının Avropa premyerası keçiriləcək


 

Londonda “Sən həmişə mənimləsən” tamaşasının Avropa premyerası keçiriləcək<b style="color:red"></b>

Londonda Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın Avropa premyerası keçiriləcək.

525.az-ın AzerTAc-a istinadən verdiyi məlumata görə, yazıçının 100 illiyinə həsr olunmuş tamaşa, Londonda fəaliyyət göstərən Aloff teatrının təşkilatçılığı ilə 9-27 sentyabr tarixləri arasında LOST Teatrında nümayiş etdiriləcək.

Britaniyalı aktyorlar tərəfindən ifa ediləcək tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.

İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Pyes özünün incə təhlilində həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.

 





22.08.2014    çap et  çap et