525.Az

Sumqayıtda məktəb həyətindəki ağacların kəsilməsi üçün icazə alınıb


 

Sumqayıtda məktəb həyətindəki ağacların kəsilməsi üçün icazə alınıb<b style="color:red"></b> "Sumqayıtda 18 saylı orta məktəbin qarşısında ağacların qanunsuz kəsilməsi barədə xəbər doğru deyil".

Bunu Lent.az-a həmin məktəbin direktoru, millət vəkili Leyla Abdullayevanın köməkçisi Pərvin Rəhimov deyib.

Onun sözlərinə görə, həmin ağacların kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alınıb:

“Bir aydan çoxdur ki, bu proses gedir. Biz nazirliyin Sumqayıt şəhəri üzrə şöbəsinə məktub yazdıq. Ağaclar çox
yaşlı idi. Həm də ağacların kökləri məktəbin kanalizasiya sisteminə qədər uzanıb təmirin gedişinə mane olurdu.

Nazirliyin əməkdaşları məktəbə gəlib ağaclara baxış keçirdi. Aktlaşdırılandan sonra ağacların kəsilməsi qərarı verildi”. 
 





22.08.2014    çap et  çap et