525.Az

Eldar İbrahimov: "Fəal olub neyləyəcəklər ki?"


 

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimovun "525"ə müsahibəsi

Eldar İbrahimov: "Fəal olub neyləyəcəklər ki?"<b style="color:red"></b>

- Eldar müəllim, qarşıdan növbəti bələdiyyə parlament seçkiləri gəlir. Amma çox təəssüflər olsun ki, seçkilərlə bağlı cəmiyyətdə, xüsusilə, siyasi kəsimdə-həm iqtidar, həm müxalifət cəbhəsində bir aktivlik, fəallıq müşahidə hiss olunmur. Bu sizcə ilə bağlıdır?

- Əvvəla, iqtidar cəbhəsində bələdiyyə seçkiləri ilə əlaqədar, bir passivlik ya durğunluq yoxdur. Bu sahədə işlər gedir, yuxarı təşkilatlar öz işini görür. Ancaq bələdiyyə seçkiləri ilə bağlı  həqiqətən, müxalifət cəbhəsində bir durğunluq var. O durğunluq da ona görə var ki,  müxalifət özünə arxayın deyil. Müxalifət ona görə danışmır, fəallıq göstərmir ki, indiyək bütün seçkilərdə  uduzub, parlamentdə , bələdiyyədə , prezident seçkilərində böyük fiaskoya uğrayıb.

Ona görə belə götürsək, indi guya fəal olub neynəyəcəklər ki? Onların düz-əməlli sosial bazası da yoxdur ki,  bələdiyyə seçkilərində bir şey edə,  bir səs-küy çıxarda bilsinlər. Yəqin ki, özləri , yuxarıda qeyd etdiyim kimi, başa düşərlər ki, bu günə qədər keçirilən seçkilərdə olduğu kimi, bu dəfəki seçkilərdə uduzacaqlar. Həm ki,  hələ seçkilərə xeyli  vaxt var.

Ola bilsin ki, vaxt yaxınlaşdıqca qızışacaqlar. Hələ bir az tezdir, yaydır, indi hamı istirahətdədir. Belə demək mümkünsə, hələ istidən özlərini qoruyurlar. Görünür, havalar sərinləyəndə onlar da, belə deyək ki, düzələrlər, durğunluqdan çıxarlar.

- Necə hesab edirsiniz, Azərbaycanda niyə bələdiyyələrə, bələdiyyə seçkilərinə bu qədər laqeydlik var? Axı, bir sıra qabaqcıl ölkələrdə, o cümlədən, qardaş Türkiyədə bələdiyyə seçkilərinə daha böyük önəm verilir? Hətta, Türkiyədə bələdiyyə seçkiləri digər seçkilərdən belə demək mümkünsə,  daha üstün sayılır...

- Bilrisiniz, Türkiyə uzun illərdir demokratik bir dövlətdir təbii ki, Türkiyədə istər prezident seçkiləri, istər parlament seçkiləri məhz bələdiyyə seçkilərindən sonra gəlir, bələdiyyə seçkilərindən asılıdır. Çünki orada əsasən bələdiyyə sistemidir, bələdiyyə idarəçiliyidir. Hər yerdə bələdiyyələrlə təmin olunub. Amma bizdə bələdiyyələr hələ bu səviyyədə deyil, bələdiyyələr belə bir səviyyəyə çatmayıblar.

Yəni,  bizdə bələdiyyələr öz seçkilərində belə deyək ki, bir fəallıq göstərə bilmirlər, nəinki parlament seçkilərinin, prezident seçkilərinin əsasını qoya bilsinlər. Amma Türkiyədə belə deyil. Türkiyədə seçki yarışı elə ən çox bələdiyyə seçkilərindən ötrüdür. Bələdiyyə seçkilərində hansı partiya udursa, elə prezident seçkilərini , parlament seçkilərini o udur.

Misal üçün mən diqqət edirdim, özüm bu yaxınlarda Türkiyədə prezident seçkilərini izləmək üçün ora getmişdim. Prezident seçkilərinə qədər AKP rəhbəri, baş nazir kimi Ərdoğan bələdiyyə seçkilərində qədər böyük əziyyətlər çəkdi. qədər böyük görüşlər keçirdi.

Yorulmadan, hətta səsi batmışdı, danışa da bilmirdi. Çünki o bilirdi ki, o biri seçkilərin taleyi məhz bələdiyyə seçkilərindən asılıdır. Bax, bələdiyyə seçkilərində o cür işini qurmasaydı, o cür təbliğatını aparmasaydı, bələdiyyə seçkilərində udmasaydı prezident seçkilərində ola bilsin ki, qalib gəlmək çətin olardı onun üçün. Demək istəyirəm ki, bələdiyyə Türkiyədə çox güclü bir sistemdir. Çünki bütün məsələləri həll edən bələdiyyələrdir. Orada vali,  tərsinə götürsək, elə bil ki,  bizim bugünkü bələdiyyəmizdir, bələdiyyə isə icra orqanıdır, bizim icra orqanıdır.

Bu gün bir həqiqət var ki, bizdə bələdiyyələr  icra strukturundan  kənar nəsə bir görə bilməz. Onun üçün bizdə bələdiyyələr inkişaf etməlidir. Bələdiyyənin bir inkişaf modeli qurulmalıdır. Ancaq onu  deyim ki,  hər ölkənin özünəməxsus quruluş-idarəetmə mexanizmi var. Bizdə hazırda  icra strukturunun həyata keçirdiyi məsələlər çoxdur, Türkiyədə isə ancaq bələdiyyə sisteminin. Bir daha demək istəyirəm ki, bələdiyyə Türkiyədə o qədər güclü bir sistemdir ki, bələdiyyə seçkiləri prezident seçkilərinin əsasını qoyur.

Dediyim kimi, məhz bələdiyyədə kim udursa, prezident seçkilərində o udur təbii ki, bugünlərdə-avqust ayının 10-da Türkiyədə keçirilən prezident seçkilərində bu bir daha əyani olaraq özünü göstərdi ki, AK partinin sədri kimi baş nazir Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində necə qalib gəldi. Mən özüm bu seçkiləri izlədim. Hətta, İstanbulda Ərdoğanın səs verdiyi Camlıca  bölgəsində-onun özünün  səs verdiyi o məntəqədə  olub, orada görüşlər, müşahidəmi keçirmişəm, baxmışam. Hər şey yüksək səviyyədə  qurulmuşdu.

Bizdən fərqli olaraq onlarda "x", "+" qoymaq yoxdur,  onlarda bir hər məntəqənin özünün möhürü var. Səsverməyə gələn insanlara da həmin möhür verilirdi , onlar da girib pərdə arxasında - səsvermə yerində həmin möhürü vururdu, kimə istəyirlərsə, ona da səs verirdilər. Hesab edirəm ki, həmin möhürvurma daha optimal variantdır. Burada düzlüyə, şəffaflığa daha böyük yol var. Burada heç kəs seçkidə əngəlləmə prosesi apara bilməz.

-Yeri gəlmişkən, gələcəkdə Azərbaycanda da həmin variantdan istifadə oluna bilərmi?

- Niyə olunmur ya olunmasın ki? Azərbaycanda da bundan istifadə oluna bilər. Mən elə bilirəm ki, bu, çox yaxşı üsuldur. Amma bizdə seçkilərin, səsvermənin şəffaflığının təmin olunmasının öz üstünlükləri var. Məsələn, bizdə bütün seçkilərdə "exit-poll" var, onlarda yoxdur. Bizim seçkilərdə, seçki məntəqələrində  veb-kameralar var, onlar göstərir camaat necə gəlib-gedir, Türkiyədə isə bunlar yoxdur. Yəni, bizdə üstünlüklər çoxdur.

Ümumiyyətlə, mən çox ölkədə oluram, seçkiləri  müşahidə edirəm, ancaq bizdə olan sistem heç yerdə yoxdur. Bizdə demək olar ki, bütün proseslərdən, müasir texnologiyalardan  istifadə olunur ki,  seçkilər şəffaf, düzgün, açıq-aydın getsin. Yəni, şəffaflıq da bizdə var.

- Eldar müəllim, bəzən bələdiyyələri icra hakimiyyətinin bir əlavəsi hesab edirlər. Sizcə, bələdiyyələr özlərini təsdiqləyərək, vaxtsa icra hakimiyyətinin asılılığından, onun əlavəsi olmaqdan qurtula biləcəklərmi?

- Bilirsiniz, hər şeyin bir zamanı var. Belə şeyləri zaman həll edir. İnanıram, əminəm ki, bizdə bələdiyyələr özlərini tam təsdiqləyə biləcəklər bu, əslində belə   olmalıdır. Əgər biz bələdiyyə sistemi yaratmışıqsa,  o zaman  bələdiyyə inkişaf etməlidir. Geci-tezi inkişaf etməlidir. İndi vaxt inkişaf edəcək- yəqin ki, bunu zaman göstərəcək.

Eyni zamanda, onlar icra qurumlarının kölgəsindən elə bilirəm ki, çıxmalıdır. Yenə deyirəm,  bu bələdiyyə sistemi yaradılıbsa, biz bunu inkişaf etdirməliyik. Çünki bələdiyyə sistemi daha demokratik hesab olunur.  Ona görə biz buna istəsək , istəməsək getməliyik. Geci-tezi getməliyik. Amma vaxt gedəcəyik, bir daha təkrar etmək istəyirəm ki, bunu zaman göstərəcək.

Kamil HƏMZƏOĞLU

 





22.08.2014    çap et  çap et