525.Az

İnsanlığı ilə yaşını üstələyən Rəşad Məcid...


 

İnsanlığı ilə yaşını üstələyən Rəşad Məcid...<b style="color:red"></b>

Çox az hallarda yazıya öncədən ad seçirəm... Adətən, qəzet üçün materiallarımı bitirdikdən sonra başlıq belə demək mümkündürsə, öz-özünə yaranır. Bu dəfəki, yazımada adı öncədən seçmişəm... Birdə etiraf edimki, son bir həftədə onun barəsində yazılan heç bir yazını bilərəkdən oxumadım. Təbiiki, öz yazım hazır olandan sonra hamısını oxuyacağam. Ən azından doğrudanda, İnsanlığının yaşını üstələdiyi, bəlkədə kölgədə qoyduğu bu İnsanın yaşı o qədərdə önəmli deyil. Lakin, söhbət yubileydən gedirsə...

Bir də söhbət heç bir təqdimata filana ehtiyacı olmayan Rəşad Məciddən gedir. Yəqinki, adı qarşısına tutduğu vəzifələri saysam, xeyli vaxt aparacaq. Heç Rəşad müəllimin özü də bunu sevmir. Oxucular onu ən çox “525-ci qəzet”in təsisçisi və baş redaktoru kimi tanıyır. Buna bəzən çox təəssüf edirəm. Mübaliğəsiz, filansız Rəşad Məcid bir şerini oxumaq yetərki, onun necə böyük şair olduğunu dərk edəsən... Hörmətli Rəşad müəllim, şairliyini, daha doğrusu yaradıcılığını “525-ci qəzet”ə qurban verib desəm, yanılmaram. Ancaq “525-ci qəzet”in gərəkliyinində fərqinə varıram.

Əslində, Rəşad müəllim barəsində yazmaqla bitməzki... İlk dəfə, unuversiteti bitirib yeni işə başlayanda Rəşad müəllimlə şəxsən tanış oldum. Ən çox oxuduğum qəzetin baş redaktorunu Azərbaycanda deyil, xaricdə - Şimali Kipr Türk Cümhuriyyətinə səfər zamanı tanıdım. Və bundan sonra Azərbaycan jurnalistlərinin xaricə səfərləri zamanı Rəşad müəllimlə bir qrupda olacağdım. Bu yazımda isə, birinci və son səfərimiz barədə söhbət açacağam.

Şimali Kipr Türk Cümhuriyyətinə səfərimiz mənim, universiteti bitirib, işə başlayan bir gəncin xarici ölkəyə ilk səfəri idi. Bu səfərdə ölkədə ən çox oxunan, populyar olan sevimli qəzetimin baş redaktorunun necə sadə, gözəl, hamıyala dost münasibətində olan, böyüklə böyük, kiçiklə kicik, qayğıkeş, xeyirxah Rəşad Məcidi yaxından tanıdım. Bu qrupda hamımızdan biri idi Rəşad Məcid. O vaxt ŞKTC-ya Türkiyədən, digər türkdilli xalqlarında nümayəndələri gəlmişdilər. Şimali Kiprin qurucularindan biri, mərhum prezident Rauf Denktaşın ailə üzvləri daxil olmaqla, nazirlərin, millət vəkillərinin, jurnalistlərin qatıldığı ziyafətdə yeni bir Rəşad Məcid kəşf elədim. Rəşad müəllim çıxışından sonra, onu tanıyan, daha doğrusu şair, yazıçı kimi tanıyan (Açığını deyim ki, o vaxta kimi Rəşad müəllimin yaradıcılığından xəbərsiz idim – A.S) həmkarlarımızın təkidi ilə bir neçə şerini söylədi. Və hər şey indiki kimi yadımdadır. Hamı susmuşdu və diqqətlə Rəşad müəllimə qulaq asırdılar. Alqışlarda onun ünvanına idi. Hər kəs davamlı olmasını istəyirdi. Həmdə Rəşad müəllimin təvəzokarlığının şahidi oldum. O, sonra bizim klassiklərdən, müasir şairlərimizin yaradıcılığından söhbət açdı və şerlərini söylədi...

O vaxtdan bu günə sınanılmış bir ata məsəlinin nə qədər gerçək olduğunun fərqindəyəm. Birindən soruşurlar qardaşın necə adamdır, deyirki, yol yoldaşı olmamışam. Hər dəfə səfərlərə dəvət alanda heyətin tərkibində Rəşad Məcidin də olduğunu biləndə çox sevinirəm.

Elə ilk xarici səfərimdə indi hər qarışını çox yaxşı tanıdığım İstanbulda belə demək mümkünsə, “itkin düşməyim” oldu. Səfər yoldaşlarım İstanbulda qərara gəlmişdilərki, təyyarənin yola düşməyinə bir neçə saat qalmış elə ayrıldığımız ünvanda görüşək. Orada binanın üzərində Mustafa Kamal Paşa Atatürkün böyük bir şəkili vurulmuşdu və meydanda çoxlu göyərçinlər vardı. Vaxtında deyilən yerə gəlsəmdə, səfər yoldaşlarım yox idi. Ətrafıma çoxlu adamlar yığılmışdı və artıq ağlamağdan özümü güclə saxlayırdım. Adamların söhbətindən belə məlum olduki, gəldiyim yer, deyilən ünvan deyil. Onu da əlavə etdilərki, burada çox yerlərdə belə meydanlar var, Atatürkün şəkili, göyərçinlərin olduğu yerlər. Söhbət Qarabağ mövzusuna gələndə, mən artıq “itkin düşdüyümü” unutmuşdum. Bu məqam isə hörmətli Rəşad müəllimin yaxşı yadındadır. Məni axtarmaq üçün bir neçə qrup ayrılsada, Rəşad müəllim və həmkarım Bəhmən Faziloğlu tapıb. Rəşad müəllim həmişə deyirki, çoxlu sayda admların toplandığı yerdə sənin səsin gəlirdi. Həm seviniblər, həm də “çıxışıma” qulaq asıblar... Rəşad müəllim həmişə zarafatla bu məqamı xatırladır. Bir müddət öncə Rəşad müəllimə zəng etmişdim, Dediki, Ağanisə, Bakıda deyiləm, İstanbuldayam, sənin “itkin düşdüyün” yerdə...

Böyüklə böyük, kiçiklə kiçik olan Rəşad müəllimin qəzetinin qapısı hər kəsin üzünə açıqdır. Tək telefon açmağın yetər. Özü Bakıda olmasa da, belə, konturların getməsin, xaricdəyəm, Yusif müəllimə (“525-ci qəzet”-in baş redaktorunun müavini Yusif Rzayev) göndər deyir.

Onun rəhbərlik etdiyi qəzet çox sayda gənclərin həyatında məktəb rolunu oynayıb və bu hər kəsə yaxşı bəllidir. Onlardan biridə bacım Pərvanə Sultanovadır.

Rəşad müəllimin ictimai fəaliyyəti hamıya yaxşı məlum olduğundan bu barədə danışmaq istəmirəm. Bəlkədə uzaqdan tanıyanlar onun neçə qayğıkeş, xeyirxah insan olduğundan xəbərsizdirlər. Əgər sənin bir problemin varsa və Rəşad müəllim bunu bilirsə, elə öz problemi hesab edir və sənin qədər narahat olur. Son bir ildə baş verənlər və Rəşad müəllimin İnsan, böyük qardaş kimi həmişə bizim yanımızda olması. Mənim telefonum qapalı olanda belə, bacıma zəng vurması, narahatlığı... Bir neçə ay öncə keçirdiyim avtomobil qəzası həmdə mənin üçün bir sınaq oldu desəm, yanılmaram... ALLAHIM və dostlarımın, yaxşı İnsanların DUALARI məni yenidən bu həyata qaytardı. Dostlarımın sayının nə qədər çox olduğunun fərqinə vardım. Onların arasında Rəşad müəllim də vardı...

Rəşad müəllim üçün kimliyindən asılı olmayaraq İnsanlıq var və hər kəsə bu prizmadan dəyər verir. Təəssüfki, bunu hər kəs bacarmır.

Ötən il noyabrın sonunda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin dəvəti ilə üç nəfər Səudiyyə Ərəbistanında keçirilən “Səudiyyə Ərəbistanı, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq” adlı Beynəlxalq Foruma dəvət almışdı. Səfər yoldaşlarımdan birinin Rəşad müəllim olduğunu biləndə çox sevindim. Səudiyyə Ərəbistanında olduğumuz müddətdə Tacikistandan, Özbəkistandan, Qırğızıstandan olan həmkarlarımıza Rəşad müəllimin hansı vəzifələri daşıdığını deyəndə, çox təəccübləndilər. Səbəbi isə, Rəşad müəllimin İnsanlığı və sadəliyi idi. Elə orada olarkən Rəşad müəllimin qarşıda yubiley ilinin olacağını bilirdik. Orta Asiyadan olan həmkarlarım bu dəfə inanmamışdılar. Əminəmki, insanın ürəyi, qəlbi necədirsə, xarici də elədir. Ona görə də Rəşad müəllim yaşı olmayan çox za böyük İnsanlardandan biridir.

Səudiyyə Ərəbistanına səfərimiz zamanı ALLAHIM bizə Onun Evini, Məkkəni, Kəbə evini ziyarət etməyi, sübh namazı qılmağı, Ümrə ziyarətini qismət etdi! Ümrə ziyarətinin bütün şərtlərini yerinə yetirəndən sonra məni ilk təbrik edən və ALLAH qəbul etsin deyən, Rəşad müəllim oldu.

Bu səfər zamanı həm də bir neçə ay sonra 50 yaşını qeyd edəcək Rəşad müəllimin (lütfən, ifadəmə təəccüblənməyin – A.S) valideynlərinə necə övlad, necə uşaq olduğunun şahidiyəm. Tez-tez atasına, anasına zəng vurub onların vəziyyəti, səhhəti ilə maraqlanırdı. Və biz Məkkəyə gedərkən Rəşad müəllimin anasının ad günü idi. Rəşad müəllim həm anasının ad gününü təbrik etdi, həm də Məkkə ziyarətinə yollandığımızı dedi. Valideynləri ilə danışanda bu gün baba olan Rəşad müəllim sadəcə uşağı xatırladırdı... Bu yazını birbaşa yazdım, redaktəsiz, filansız... Ona görə ki, Rəşad Məcid elə olduğu kimidir, necə görünürsə elə... Kaşki, ətrafımızda barmaqla sayılacaq qədər az olan belə İnsanların sayı, sırası böyük olaydı... Rəşad müəllim barəsində yazacaqlarım, deyəcəklərim isə çoxdur... İNŞALLAH, Rəşad müəllimin növbəti yubileyində arzusu ilə!

Azxeber.com

 





22.08.2014    çap et  çap et