525.Az

“Müsavat Partiyasından istefa verməmişəm”


 

“Müsavat Partiyasından istefa verməmişəm”<b style="color:red"></b>

“Müsavat Partiyasından istefa verməmişəm”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik deyib.
 
H. Məlik bildirib ki, partiyadan istefa verməyib, fəaliyyətini dayandırıb:

“Sadəcə, bildirmişəm ki, partiyadakı fəaliyyətimi hələlik dayandırıram. Bundan sonrakı fəaliyyətim Müsavatın qurultayının nəticəsindən asılı olacaq”.
 
O, Müsavat başqanlığına kimin namizədliyini dəstəklədiyini də açıqlayıb:
 
“Mənim mövqeyim aydındır. Hələ, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında olarkən demişdim ki, seçkilərdə Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəyəm”.

 





22.08.2014    çap et  çap et