525.Az

Ohanyan: “Biz bazarda deyilik”


 

Ohanyan: “Biz bazarda deyilik”<b style="color:red"></b>

Ermənistanın Müdafiə Nazirliyi  Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun meyitlərin dəyişdirilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Modern.az saytı erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan məsələyə reaksiya verib. Müdafiə Nazirliyi rəsmisinin sözlərindən belə aydın olub ki, Ermənistan meyitlərin dəyişdirilməsi məsələsində elə də maraqlı deyil.

“Biz bazarda deyilik və ticarətlə məşğul olmuruq. Biz humanizm prinsiplərinin tərəfdarıyıq və heç bir şərtləri qəbul etmirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərinə hörmət edərək, Ermənistan və Dağlıq Qarabağ vətəndaşlarının geriyə qaytarılması üçün müraciət edirik”.

Qeyd edək ki, baş nazirin müavini Əli Həsənov Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklifini etdiyini söyləyib. 

 





22.08.2014    çap et  çap et