525.Az

Qərənfil Xəlilova: “Carçıfilm” günləri həmkarlarımıza orijinal hədiyyəmizdir”


 

Qərənfil Xəlilova: “Carçıfilm” günləri həmkarlarımıza orijinal hədiyyəmizdir” <b style="color:red"></b>

 Televiziyada onun cəfasına, ağrı-acısına dözə bilən, bu işdən aldığı zövq uğrunda çox şeydən imtina etməyi bacaranlar çalışmalıdırlar

 

6 noyabrAzərbaycanda televiziya radio işçilərinin peşə bayramıdır. Bu münasibətlə radio-televiziya sahəsinin tanınmış mütəxəssislərindən biri, İctimai Televiziya Radio Yayımları ŞirkətininCarçıfilmYaradıcılıq Birliyinin direktoru, Əməkdar jurnalist Qərənfil Xəlilova ilə söhbətləşdik. Müsahibəsində tanınmış jurnalist bu peşəyə gəlişindən, televiziya sahəsindəki fəaliyyətindən danışıb xüsusilə İctimai Televiziya Radio Yayımları Şirkətinin Mədəniyyət Turizm Nazirliyi ilə birgə noyabrın 1-dən 5-dək təqdim etdiyiCarçıfilmkino həftəsi ilə bağlı təəssüratlarını bölüşüb.

 

 

Televiziyaya 1991-ci ildə gəlmişəm. Düşünürəm ki, az zaman deyil. Radioda böyük bir məktəb keçmişəm. Elə hesab edirəm ki, televiziyada çalışan jurnalistlər radioda məktəb keçsələr, işin xeyrinə olar. Radiodan sonra televiziyada böyük məhəbbətlə, canyanğısı ilə bütün gücümü qoymaqla işləmişəm. 14 ilXəbərlərredaksiyasında əvvəllər redaktor olmuşam, sonra şöbə müdiri vəzifəsinə qədər yüksəlmişəm. Bu işləri mümkün qədər yüksək səviyyədə yerinə yetirmişəm, işimdən çox zövq almışam eyni zamanda bu mənə xeyli zülm veribhər mənada. Bir çox məsələləri qurban verərək özümü işimə həsr etməyə çalışmışam. Amma peşman deyiləm. Jurnalistikanı çox sevirəm, bundan sonra da həyatımı onsuz təsəvvür eləmirəm. Mən gözləmirəm ki, zamansa televiziyadan ayrıla bilərəm. Hesab edirəm ki, televiziyada ancaq elə adamlar işləməlidir ki, ona bir könüldən min könülə aşiq olsunlar, onun cəfasını çəkməyə hər an hazır olsunlar. Başqa cür təsəvvür eləmirəm.

 

Deməli, televiziya sizin üçün ikinci evdir, ya bəlkə birinci?

 

İşlə ev mənim üçün qoşa qanaddır. Heç biri bir-birindən geri qalmır, mənim ailəm , övladlarım da, qurduğum ocaq da mənim üçün çox əzizdir, işim o dərəcədə əzizdir. Bir qanadımdan məhrum olsam, uça bilmərəm, yaşaya bilmərəm.

 

İctimai Televiziyaya gəlişiniz hansı vaxta təsadüf edir?

 

İctimai Televiziya açılan gündən mən burada çalışıram. Əvvəl müəllif proqramlarında şöbə rəhbəri işləmişəm, sonra ədəbi dram, musiqi redaksiyalarında direktor müavini olmuşam, bu ilin yanvarından daCarçıfilmYaradıcılıq Birliyinin direktoruyam. Bu illər ərzində 20-dən artıq tarixi filmin ssenarisinin şəxsən müəllifi olmuşam. Əsasən layihələrimin qəhrəmanları 19-20 əsrlərə aid olub. Bunlar böyük mütəfəkkirlərdir ki, onlar öz fəaliyyətləri, əməlləri ilə millətin inkişaf yoluna işıq salıblar. İsmayıl bəy Qasprinski, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Ziyadxanov qardaşları... Bu siyahını uzada bilərəm. Cümhuriyyətin xronikasını yaratmışam. Azərbaycan teleməkanında cümhuriyyət dövrünü ən çox işıqlandıran jurnalistlərdən biriyəm bu yolda da canımı qoymuşam. Bu çox çətin bir işdi.

 

– “Carçıfilmgünləri ideyası hansı zərurətdən yarandı?

 

Bu dəyərli ideyanın müəllifi İctimai Televiziya Radio Yayımları Şirkətinin rəhbəri İsmayıl Ömərovdur. Teleradio işçilərinin peşə bayramı ərəfəsindəCarçıfilmgünləri həmkarlarımıza orijinal hədiyyəmizdir. “CarçıfilmYaradıcılıq Birliyi İctimai Televiziya açılandan fəaliyyət göstərir. Biz kino çəkilişində boşluq olandaCarçıfilmolaraq film çəkilişinə başlamışıq. Çox sevinirik ki, hazırda İsa Hüseynov, Anar, Ramiz Rövşən kimi görkəmli yazıçılarla əməkdaşlıq edirik. Edqar Ponun ssenarisi əsasındaDalanfilmini çəkmişik. Ötən illər ərzində gənc rejissorların, redaktorların, prodüserlərin yetişməsi üçün rəhbərlik, şəxsən İsmayıl Ömərov tərəfindən İctimai Televiziyada əlverişli mühit yaradılıb az bir müddətdə həmin sahənin gənclərdən ibarət peşəkarları yetişib. Dövlətimizin dəstəyi sayəsində bu ilQaranlıqlar çiçəyiserialı efirə gedib. İndi 15 seriyadan ibarətDöngələrteleserialı da başlayır. Bu serialla bağlı Belarusda, Türkiyədə, qonşu ölkələrdə çəkilişlər aparılıb. Türkiyənin tanınmış aktyor-rejissor heyəti bizimlə əməkdaşlıq edib. Serial çəkilişinə qədər bizCarçıfilmolaraq püxtələşmişik. “Carçıfilmhaqqında hazırladığımız 11 dəqiqəlik filmi kino həftəsinin açılış mərasimində tamaşaçılara nümayiş etdirdik. Orada bütün bunları əks etdirmişik.

Ən
qısa filmlərdən seriallara qədərCarçıfilmböyük, çətin məşəqqətli yol keçib. Bu dövr ərzində texnikamız da çox inkişaf edib. Texnikanın, eləcə redaktorların, rejissorların, prodüserlərin peşəkarlıq səviyyəsini əvvəlki dövrlə müqayisə eləsək, bizim inkişaf tempimiz haqqında çox mükəmməl təsəvvür yaranar. Bu gün bizim filmlərimiz, istər bədii, sənədli, istərsə kliplərimiz, beynəlxalq səviyyədə mükafat qazanıb diplom alan ekran əsərləridir. Bu, bizi çox sevindirir. Biz istədik ki, tamaşaçılar qarşısında canlı işimiz haqqında hesabat verək, canlı ünsiyyət quraq, yeni-yeni ideyalar gəlsin, axtarışların təməli qoyulsun, biz işimizi daha da yaxşılaşdıraq. Bax, bu məqsədlə bu kino həftəsini təşkil etdik. Dünyada deyə bilmərəm, amma indiyədək respublikamızda belə bir təşəbbüs olmayıb ki, yaradılıq birliyi öz filmlərini geniş ekranda tamaşaçılara təqdim eləsin.

Belə hesab edirəm ki, bu televiziyamız tərəfindən həm bir cəsarət nümunəsi idi. Çünki buna qədər televiziya tamaşaçısı həmin filmlərə televiziya ekranında tamaşa edib. Amma geniş ekranda bunun təəssüratı tamam başqadır. Evdə, yaxud işdə biz bu filmlərə baxanda fikrimiz yüz yerə yayınır. Amma kinoteatrda bütün diqqət ekrana cəmləşir. Bu zaman işin ən yaxşı cəhətini , qüsurunu da sanki böyüdücü şüşəylə görürsən. Çox şükür ki, “Carçıfilmin kinoları bu sınaqdan böyük uğurla çıxdı. Nümayişə gələnlərin təəssüratları da çox müsbət oldu. Belə fikirlər eşitdik ki, tamaşaçılarımız bütün televiziyaların bu təşəbbüsə qoşulmasını istəyirlər. İstər təntənəli açılış mərasimində, istərsə sonrakı günlərdə bu, özünü göstərdi. Mədəniyət Turizm Nazirliyinin İctimai Televiziya Radio Yayımları Şirkətinin birgə həyata keçirdiyi bu layihədə nazirliyin rəsmiləri bizimlə bərabər qonaqları ev sahibi kimi salamladı. Çox sevinirik ki, bu tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Ramiz Əzizbəyli kimi dəyərli ziyalılarımız layihə ilə bağlı fikirlərini bölüşdülər. İctimai Televiziyanın fəaliyyəti ilə bağlı gözəl sözlər dedilər, səmərəli təkliflər verdilər. Buna görə İctimai Televiziya olaraq hər kəsə çox minnətdarıq, gələcək fəaliyyətimiz, yaradıcılıq axtarışlarımız üçün bu, böyük stimul oldu. Biz böyük nailiyyətlər qazanmışıq bunu davam elətdirmək niyyətindəyik.

 

Qərənfil xanım, kino həftəsində nümayiş etdirilən filmlər hansı kriteriyalar əsasında seçilərək nümayişə buraxılıb?

 

Kriteriyalar bu olub ki, mövzu müxtəlifliyi olsun, müxtəlif sosial sahələri əhatə eləsin. Maraq dairəsi üzrə filmləri seçmişik. Həm təbii, istəmişik ki, ən keyfiyyətli, bizim özümüzün tamaşaçıların ən çox bəyəndiyi, rəğbətlə baxdıqları, ictimai rəy göstəricimiz olan reytinq cədvəlinə uyğun ən yaxşı filmlərimizi təqdim edək. Unudulmuş sənətkarları biz ekrana gətirmişik. “Carçıfilmyaradıcılıq günlərindəAzarkeş”, “Yanlış da bir naxışdır”, “Gəl təzədən evlənək”, “Əzizim Fellini”, “Köhnə dəyirmankimi filmləri bir daha tamaşaçılara təqdim elədik.

 

– “Carçıfilmin direktoru olaraq kino həftəsinin nəticələri sizi qane etdimi, istədiyinizi aldınızmı?

 

Səmimi olaraq deyim ki, bəli, biz istədiyimizi aldıq. Bu, ilk addım idi. Hər şey təcrübədə aydın olur. Bu təcrübədən sonra daha hansı tərəflərə fikri verməli olduğumuz barəsində öyrəndik. Biz həmişə işimizə tənqidi yanaşırıq. Amma bu kino həftəsinə reaksiya o qədər gözəl oldu ki. Deməli, tamaşaçılar bunu istəyirmiş biz onların ürəyindən xəbər verən bir addım atmışıq. İctimai Televiziya çox şeydə ilklərə imza atıb. Nəzərə alaq ki, ilk addım çox çətindir, amma çox da şərəflidir. Buna görə çətinliklərlə qarşılaşa biləcəyimizdən xəbərdar idik. Birinci növbədə ona görə ki, tamaşaçı buna hazır deyildi. Kino həftəsindən öncə on gün ərzində anonslarımız getdi, “NizamiKino Mərkəzinin qarşısına banerlərimiz vuruldu ki, tamaşaçılrımız buna hazırlansın. Onları mənən, psixoloji cəhətdən hazırlamaq üçün hansı filmimizin nədən bəhs etməsi barəsində proqramlar da tərtib etmişdik. Əlbəttə, istənilən rezonansı almaq üçün biz var gücümüzü sərf elədik. mənə elə gəlir ki, biz istədiyimizə nail olduq.

 

– “Carçıfilmolaraq bu layihədən sonra hansı yeni ideyalar, təkliflər aldınız?

 

Biz bu kino həftəsi ərzində tamaşaçılardan böyük bir məhəbbət, etimad, etibar hissi aldıq. Bu, özü böyük bir güc verir. Təkliflər aldıq ki, Azərbaycan dünya klassikləri haqqında filmlər çəkək, bu sıradan seriallar hazırlayaq. Sonra hansı mövzulara daha çox toxunmağın lazım olduğunu özümüz üçün dəqiqləşdirdik. Planlaşdırırıq ki, gələcəkdə mövzu seçimində cəmiyyətin ağrılı problemləri, aşılanmış ailə dəyərləri, insan münasibətləri sairəyə daha çox fikir verək, prodakşnlarla, kənar müəlliflərlə əlaqələri gücləndirək. Bizə bununla bağlı bir çox təkliflər edildi bunları çox yüksək dəyərləndiririk.

 

Peşəkar bir televiziya mütəxəssisi kimi peşə bayramınız ərəfəsində arzularınızı eşitmək istərdik...

 

İstərdim ki, televiziyalarda təsadüfi adamlar yox, televiziyanı sevənlər işləsin. Sevgi təkcə zövq deyil ki! Onun cəfası da var. Televiziyada da onun cəfasına, ağrı-acısına dözə bilən, bu zövq uğrunda çox şeydən imtina etməyi bacaranlar çalışmalıdırlar. Əlbəttə ki, imtinalar sırasına ailəni adi eləmirəm. Çünki insanın bir ömrü var o, bu ömür içərisində layiqli ocaq qurmağı bacarmalıdır. Amma ailə istisna olmaqla, televiziya sahəsində işləmək istəyənlər həyatındakı bəzi məclisləri, şənlikləri, bəzən qohumlarla görüşməyi belə ixtisara salmağı, bir çox əyləncələrdən özünü məhrum eləməyi göz altına almalı, bunlardan yaranan umu-küsülərə hazır olmalıdır. Bunsuz yüksək səviyyədə veriliş hazırlamaq, kino çəkmək, ümumiyyətlə, televiziyada çalışmaq mümkün deyil. Televiziyada çalışanların görünən tərəfləri aysberqin görünən tərəflərinə bərabərdir. Görünməyən tərəfləri əzab, məşəqqət, ağrı-acıdır. İnsanın əsəbləri insana hər şeydən qiymətlidir. Televiziya əsəbləri, cansağlığını əməlli-başlı istismar edən, eyni zamanda da yüksək dərəcədə zövq verən bir yerdir. Televiziyada məhz yaradıcılıq əzablarına qatlaşmağa iradəsi, iqtidarı olan insanların çalışmasını arzulayıram. Teleradio kütləvi bir sənət olduğu üçün düşünürəm ki, bu bayramın sevincindən hamıya- kütləvi informasiya vasitələri nümayəndələri ilə yanaşı, oxuculara, tamaşaçılara, dinləyicilərə pay düşür. Ona görə hamını bu bayram münasibətilə təbrik edirəm.

 

Sevinc MÜRVƏTQIZI
 





06.11.2012    çap et  çap et