525.Az

Kürdəmirdə yol qəzası baş verib


 

Kürdəmirdə yol qəzası baş verib<b style="color:red"></b>

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün Kürdəmir şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
 
Rayon sakini, 1934-cü il təvəllüdlü Muradov Böyükkişi Ələsgər oğlu idarə etdiyi 10-HS-480 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə yolu keçən piyada, 1991-ci il təvəllüdlü Məmmədov Ramiq Ələkbər oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Məmmədov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 





22.08.2014    çap et  çap et