525.Az

Müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə aparılacaq


 

Müəllimlərin işə qəbulu ilə əlaqədar əlavə yerləşdirmə aparılacaq<b style="color:red"></b>

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, namizədlər “Şəxsi səhifə”yə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər.
 
Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.
 
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı) müsahibə keçiriləcək.

 





22.08.2014    çap et  çap et