525.Az

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 2096-ya çatıb


 

İsrailin Qəzzaya hücumu nəticəsində ölənlərin sayı 2096-ya çatıb<b style="color:red"></b>  İsrailin Qəzza zolağına iyulun 7-dən etibarən təşkil etdiyi hücumlarda ölənlərinin sayının 2096-ya çatdığı bildirilir.
 
APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki,  ölənlərin 561 nəfəri uşaq, 258-i qadın, 98-i qoca insanlar olub. 10500-dən çox yaralının isə 2189-u uşaq, 994-ü qadın, 388-i isə qocalardır.
 
Ötən gecə Qəzzaya atılan bir raket zərbəsi nəticəsində bir ailədən 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Gecə saatlarından bəri zərbə endirilən 30 hədəfdən 3-nün məscid olduğu deyilir.
 





23.08.2014    çap et  çap et